Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkcə Yetərlik İmtahanına qeydiyat davam edir - Foto
İmtahan

Yunus Emre İnstitutu tərəfindən həyata keçirilən Türkcə Yetərlik İmtahanının (TYS) qeydiyyatları davam edir.

Bizimyol.info xəbər verir ki, Türkcə Yetərlik İmtahanı (TYS) Türk dilini xarici dil və ya ana dil kimi öyrənən şəxslərin dil biliklərinin müəyyənləşdirilməsi üçün Yunus Emre İnstitutu tərəfindən həyata keçirilən, bütün dil bacarıqlarını ölçən və beynəlxalq miqyasda tətbiq olunan bir imtahandır. Türkcə Yetərlik İmtahanı türkcə dil biliklərinizi ölçən və sənədləşdirən bir imtahandır. Türkcə Yetərlik İmtahanında müvəffəqiyyətli olduğunuz təqdirdə Türkiyədəki universitetlərdə dil hazırlıq kursundan azad ola bilər; bir çox iş görüşməsində, dil testlərinə girmədən türkcə biliklərinizi sübut edə bilər və akademik karyera məqsədiniz üçün istifadə edə bilərsiniz.

Beynəlxalq standartlara uyğun olaraq hazırlanan Türkcə Yetərlik İmtahanı “Oxuma, Dinləmə, Yazma və Danışma (müstəqil və qarşılıqlı söhbət)” mərhələlərindən ibarətdir. Oxuma, dinləmə, yazma və danışma bacarığının ölçüldüyü imtahanda müvəffəqiyyət əldə edən namizədlərə Türkcə Yeterlik Sertifikatı verilir.

Türkcə Yetərlik İmtahanı 3 seansda keçirilir. 1-ci sessiyada namizədlər; oxuma və dinləmə, 2-ci sessiyada yazma; 3-cü sessiyada isə müstəqil danışma və qarşılıqlı danışma suallarına cavab verirlər.

Türkcə Yetərlik İmtahanının müddəti; oxuma 60, dinləmə 45, yazma 60, müstəqil danışma 5, qarşılıqlı danışma 10 olmaqla toplam 180 dəqiqədir.

TYS İmtahan tarihi: 29 May 2021

Son qeydiyyat tarixi: 30 Aprel 2021

Qeydiyyat bağlantısı: https://sinav.yee.org.tr/login

İmtahanın saytı: https://tys.yee.org.tr/

Əlavə məlumat üçün:

Tel: 0124403105

Whatsapp: 0512977677

E-posta: [email protected]

Bizimyol.info

Paylaş »
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
Son xəbərlər
Bütün xəbərlər »