Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Serj Sarkisyanın qardaşı oğlu yenidən həbs edilib
Serj Sarkisyan

Ermənistanın Kassasiya Məhkəməsi sabiq prezident Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın həbsi barədə qərar qəbul edib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərinə görə, bu barədə bu gün Ermənistan Baş Prokurorluğunun müşaviri Qor Abramyan “Facebook”da bildirib.

Onun sözlərinə görə, ötən gün Kassasiya Məhkəməsi Baş Prokurorluğun şikayətini təmin edib. Belə ki, Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib və N. Sarkisyanın həbsinə qərar verilib.

Qeyd edək ki, N. Sarkisyan narkotik ticarətində və qanunsuz silah saxlamaqda ittiham olunur. Onun barəsində 2018-ci lilin iyununda axtarış elan olunub. 2019-cu ilin 21 dekabr tarixində N. Sarkisyan Çexiyadan Ermənistana ekstradisiya edilib, 24 dekabrda isə məhkəmə onun həbsinə dair qərar qəbul edib. 2020-ci ilin noyabr ayının sonunda Apellyasiya Məhkəməsi N. Sarkisyanın vəkillərinin vəsatətini təmin edərək onun 50 min ABŞ dolları girov müqabilində azadlığa buraxılması barədə qərar qəbul edib.

Paylaş »
››› Hadrutun hazırkı durumu: “Azərbaycanlı hərbçilər burada futbol oynayır” – Rusiya mətbuatı
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »