Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: “Erməni yalanlarına qarşı Azərbaycanda ciddi informasiya mərkəzi yaradılmalıdır”
Sabir Rüstəmxanlı

“Şəhid ailələrinin qələbədən böyük təskinliyi yoxdur”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, ancaq qələbənin möhkəmləndirilməsi üçün çox iş görülməlidir: “Biz qələbə eyforiyası ilə yaşadığımız bu vaxtlarda ermənilər bizə qarşı informasiya müharibəsini gücləndirməkdədir. Bu gün Azərbaycanda ciddi informasiya mərkəzinin yaradılmasına ehtiyac var. Adı Qarabağ informasiya mərkəzi ola bilər. Bütün dünyada bizə qarşı gedən erməni yalanlarına bu informasiya mərkəzi vasitəsilə vaxtında cavab verməliyik. Bu işdə peşəkarlar var. Dünya ölkələrində ermənilərin yaydığı bütün yalanlara cavablar hazırlanmalı və müxtəlif dillərə tərcümə edilməlidir”.

S. Rüstəmxanlı çıxışında rayonlarda işsizlik probleminin olduğunu da deyib: “Digər tərəfdən, keçən il demişdim ki, Kür quruyur. Kür bu il keçənilkindən də acınacaqlı vəziyyətdədir. Nazirlər Kabinetindən mənə dedilər ki, kompleks tədbirlər görülür. Bəs hardadır bu kompleks tədbirlər? Sadəcə, Neftçala şəhərinə su çəkildi, amma kəndlərə yox. Kəndlərdə şor sudan istifadə olunur. Kür boyu çoxlu balıq nohuru var. Biz insanları məcbur edirik ki, insanlar şor su, balıqlarsa şirin su içsin. Suvarma sistemini köhnə sistemdən müasir sistemə keçirməliyik”.(apa)

Paylaş »
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
Son xəbərlər
Bütün xəbərlər »