Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
“İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...

Aprelin 12-də Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib.

Düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayiş etdirildiyi, açıq səma altında salınan nadir parkda Şuşaya atılmış “İskəndər M” raketinin qalıqları da öz əksini tapıb.

“Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İsgəndər-M” raketləri ilə məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq, biz rəsmi açıqlama gözləyirik.”.  Bu fikirləri “İsgəndər M” raketinin qalıqlarına baxan zaman Prezident İlham Əliyev səsləndirib.

Siyasi şəhrçi Turab Rzayev Prezidentin çıxışını şərh edən zaman bildirib ki, ölkə rəhbərinin çıxışında iki əsas nüans var idi.

Turab Rzayev Turab Rzayev

“Savaşın bitdiyi günün səhəri Amerikada bəzi dövlətə, kəşfiyyata yaxın mətbuat orqanlarında yayılan məlumatlara əsasən bilirdik ki, “İsgəndər”- dən istifadə olunub. Fərqli mənbələrdə də bununla bağlı məlumat var idi. Hətta bu məlumatlarda minimum 6-7 “İsgəndər” istifadə olunduğu deyilirdi. Bundan başqa İsrailin ötürdüyü bəzi video materiallarda iki ədəd “İsgəndər” in atəşləndiyi görünürdü  və hətta orada düşmən bunu şadyanalıqla qeyd edirdi. Bundan sonra “İsgəndər” atılması Ermənistanda, Rusiyada və Azərbaycanda çox müzakirə olundu. Əsas fokus ona yönəldi ki, bu raketlər işləyir, ya işləmir, partlayıb, ya partlamayıb. Bizim üçün bunlar önəmli deyil. Bizim üçün iki önəmli nüans var və ölkə rəhbəri də bunları gündəmə gətirdi. Birincisi odur ki, Ermənistan bizə qarşı taktiki ballistik raketdən istifadə edib. Bu bütün nizamnamələrə, sülhə qarşı bir qəsddir. Bu cür raketlərin istifadə olunmaması ilə bağlı hətta beynəlxalq qlobal güclərin belə müqaviləsi var.

Bu raket əgər tam gücü ilə partlayarsa, iki hektara yaxın ərazini və oradakı insanları tamamilə məhv edə bilər. Bu insanlığa qarşı cinayətdir. Bütün dünyaya qabartmalıyıq ki, sülh istəyən insanlar bu cür davranmır. Ermənilər müharibənin son günü, sülhün imzalanacağı gün bu cür davranış sərgiləyiblər. Hələ raketlərin atılmasını şadyanalıqla da qeyd ediblər”.

T.Rzayev bildirib ki, ikinci bir məsələ isə odur ki, onlar bu raketləri hərbi obyektlərə qarşı istifadə etməyiblər. Sivil insanların, tarixi, mədəni abidələrin olduğu yerə qarşı tətbiq ediblər.

“Həm tarixi, maddi irsi dağıtmaq cəhətdən, həm də piyada əsgərlərə qarşı istifadə olunması bütün konversiyalara və insaniyyətə zidd məsələdir.

Digər bir məsələ isə odur ki, bu raketlər Ermənistanın əlinə necə keçib? Yaxud da bunu doğrudan da Ermənistanmı atıb? Ümumiyyətlə, “İsgəndər” raketləri Ermənistanda olmamalıdır. Çünki bu cür raketlərin yayılması beynəlxalq müqavilələrlə tənzimlənir. Rusiyanın özü belə bu cür raketlərə sayla və ya balans gözləməklə sahiblənir. Daha öncə mətbuata ötürmüşdülər ki, “İsgəndər E” modivikasiyası var, amma bu “İsgəndər M”-dir. Bu raket, onun yoxlama məntəqəsi necə Ermənistanın əlinə keçib və Ermənistan bundan necə istifadə edib? Bu raketin Ermənistana verilməsi və istifadəsinə görə birbaşa Rusiya məsuliyyət daşıyır. Daha bir maraqlı məqam isə odur ki, Ermənistanda bu raketlər varmı? Əgər varsa, nə üçün var? Yoxdursa, bəs bu raketlər bizə hardan atılıb?

Ölkə rəhbəri bildirdi ki, bizdə bu sualların cavabı hələ yoxdur və biz sualların cavablarını gözləyirik. Əlbəttə ki, bu sualların cavabını bizə Rusiya verəcək. Çünki Ermənistan bu sualların cavabını verəcək qabilləyətə malik deyil”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »