Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın Azərbaycana vurduğu zərər 50 milyard dollar yox, 500 milyard dollar civarındadır
Ağdam şəhəri Ermənistanın işğalından sonra

Azad olunmuş torpaqlarımızdan göstərilən süjetlər sevinclə bərabər, hüzn də verir. Abad şəhərlərimiz yerlə- yeksan edilib, üstəlik, hər addımbaşı mina təhlükəsi. Düşmən bu etdikləri üçün nəinki cavab, heç beynəlxalq  hüquqa baxmayaraq, mina xəritəsini də vermir. Xəritəni verməyən təzminatmı verəcək?

Məğlub olsa da,  təcavüz ritorikasını davam etdirir, beynəlxalq müstəvilərdə özünün 50 dənə terrorçusunun davasını aparır. Amma biz haqqımız olanı istəmirik. Hər şeyi də dövlətdən gözləmək lazım deyil. Ən azından həmin rayonlardan məcburi köçkün düşmüş insanlar fərdi və ya kütləvi qaydada beynəlxalq məhkəmələrə müraciət edib, azğın düşməni susdurmağı bacarmalıdırlar. Başını qaldırmağa, gözünü açmağa imkan verməməliyik.

İqtisadçı Asif İbrahimov hesab edir ki, Ermənistanın Azərbaycana ödəməli olduğu təzminatın həcmi 500 milyard dollar civarındadır. Onun 50 milyard deyərək mediada işıqlandırılması yolverilməzdir.

Asif İbrahimov Asif İbrahimov

“İşğal olunmuş torpaqlarımızda vurulan ziyana görə təzminat beynəlxalq hüquq normalarına uyğun olaraq tələb edilməlidir. 28 ildir Azərbaycanı işğal altında saxlyıb. Həmin ərazilərdə 2 iqtisadi rayon mövcud idi. Kəlbəcər- Laçın iqtisadi rayonu və Yuxarı Qarabağ iqtisadi rayonu. Bu rayonlar təbii ehtiyatlarına görə çox zəngin rayonlar idi. Həmin ərazilərdə mis, molibden, civə, qızıl yataqları mövcud idi. 28 il ərzində Ermənistan bizim faydalı qazıntıları istismar edərək öz büdcəsinə doldurub.Üstəlik bir neçə xarici şirkətləri də dəvət eləmişdi və onlar da  Azərbaycanın təbii sərvətlərinə külli miqdarda ziyan vurublar. Media tez-tez təzminatla bağlı yazılar verir və  baxıram, Ermənistanın Azərbaycana 50 milyard dollar  ziyan vurduğu  deyilir.Mən düşünürəm ki, bu 28 il ərzində Ermənistanın vurmuş olduğu zərər daha böyük olub.Təhlil etdikdə ildə 3 milyard  dollar tək qızıl yataqlarının istismarından əldə ediblər. Bunu 28-ə vuranda 84 milyard dollar edir. Söhbət hələ yalnız qızıl yataqlarından gedir. Üzümülük, taxılçılıq, əkinçilik sahələri var idi. Ermənistanın illik taxıl tələbatı 200 000 tondur. Bu tələbatın 150 min tonu Qarabağdan əldə olunurdu.Tarixi mədəni irsimizi özününküləşdirib, qədim irs nümunələrimizi, əntiq sayılan çox dəyərli tarixi irsimizi  müxtəlif kolleksionerlərə satıblar. Uzun illər ərzində Şuşaya, qədim Alban mədənlərinə turist axını cəlb ediblər. Bu da nəzərə alınmalıdır. Eyni zamanda  şəhərlərimiz, kəndlərimiz tamamilə dağıdılıb, məhv edilib, yer üzündən silinib. O kənd və şəhərlərin  infrastruktrunun qurulmasına milyardlar sərf edilmişdi və 28 il ərzində həmin şəhərlərin potensial iqtisadi qazancı da məhv edilib.

Bu müddət ərzində Azərbaycan ərazilərində fəaliyyət göstərmiş və təbii qazıntıların istismarı ilə məşğul olmuş  xarici şirkətləri də məhkəməyə verib, təzminat tələb etməliyik. Bildiyimə görə, bir neçəsi haqqında beynəlxalq məhkəmələrə müraciət edilib. Amma bu yetərli deyil.

Təəssüf ki, müharibənin başa çatmasından 5 ay keçsə də, hələ  təzminat məsələsi ilə bağlı beynəlxalq məhkəmələrə müraciətlər olunmayıb. Mənim hesablamalarıma görə, Ermənistan  Azərbaycana yarım trilyon civarında zərər yetirib”,- deyə Asif İbrahimov qeyd edib..

Dünya Bankının metodologiyasına görə, 4 mühüm istiqamət üzrə ziyanın hesablanması həyata keçirilir: əmlak və infrastruktura dəyən ziyan, insanların həyatının itirməsi və məcburi köçkün həyata yaşaması nəticəsində dəyən ziyan, iqtisadi nəticələrdən yaranan ziyan və insan inkişafına vurulan ziyan.

Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan  yalnız dağıntılar ilə məhdudlaşmamalıdır. Həmin ərazilərimizin böyük iqtisadi potensialını nəzərə aldıqda Ümumi Daxili Məhsula dəyən ziyanın da ayrıca hesablanması və təzminat məbləğinə daxil edilməsinə ehtiyac var. Bununla bağlı Dünya Bankı, BMT kimi beynəlxalq institutların aydın metodologiyası var.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »