Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Umayra Tağıyeva: Qarabağda 13 müasir avtomatlaşdırılmış hidroloji stansiyanın tətbiqi planlaşdırılır
Umayra Tağıyeva

Qarabağ ərazisində yerləşən çaylarda hidroloji müşahidə şəbəkəsi bərpa olunacaq.

Bizimyol.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Cəbrayıl və Qubadlı rayonlarına təşkil etdiyi mediatur çərçivəsində Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, işğaldan əvvəl Qarabağda su obyektlərində 17 məntəqədən ibarət və 100 illik tarixə malik olan müşahidə şəbəkəsi fəaliyyət göstərib: "Qeyd edim ki, Qarabağın sıx çay şəbəkəsi mövcuddur. Bu çayların Qarabağın və ölkənin digər rayonlarının kənd təsərrüfatı kompleksi üçün böyük əhəmiyyəti var".

U.Tağıyeva əlavə edib ki, yaxın 4-5 il ərzində Qarabağda 13 məntəqədə müasir avtomatlaşdırılmış hidroloji stansiyanın tətbiqi planlaşdırılır: "Stansiyalar Tərtərçay, Xaçınçay, Qarqarçay, Levçay, Köndələnçay, Zabuxçay, Qarqarçay, Bərguşadçay, Oxçuçay, Bəsitçay və Araz çayında quraşdırılacaq".

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »