Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalistlərin Cəbrayıl və Qubadlıya səfəri başlayıb
Cəbrayıl rayonu

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) kütləvi informasiya vasitələrinin nümayəndələrinin işğaldan azad edilmiş Qubadlı və Cəbrayıl rayonlarına səfərini təşkil edib.

Səfərin zamanı işğal dövründə Cəbrayıl və Qubadlı rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, çaylara və digər təbii sərvətlərə baxış keçiriləcək.

Jurnalistlər Cəbrayıl rayonunun Böyük Mərcanlı, Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələri ilə əyani şəkildə tanış olacaqlar.

Daha sonra Qubadlı rayonunda Bərgüşad və Həkəri çaylarının birləşdiyi ərazidə körpə forel balıqları çaya buraxılacaq, rayonun Muğanlı kəndində yaşıllıqların məhv edildiyi ərazidə ağaclar əkiləcək.

Səfərin sonunda Həmzəli-Həkəri kəndlərində yaşıllıqlara baxış keçiriləcək.(apa)

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »