Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müəllimlərin işə qəbulu üçün sənəd qəbuluna başlanılır
distant təhsil

Bu gündən 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsi üçün elektron sənəd qəbuluna başlanılacaq.

Bizimyol.info xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, namizədlər aprelin 13-dən şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak üçün hazırlanmış təlimatla tanış ola bilərlər. Daha sonra müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanları müvafiq xanaya yazılmaqla iştirak təsdiq edilməlidir.

Elektron sənəd qəbulu üçün son müraciət tarixi 14 aprel saat 23:59-dur. Namizədlərin məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

Qeyd edək ki, müsahibələr “Microsoft Teams” platforması üzərindən onlayn həyata keçiriləcək.

Cari müsahibələr başa çatdıqdan sonra apelyasiya prosesinin təşkili nəzərdə tutulub.

Paylaş »
››› Zəngəzurda gərginlik: “Azərbaycanlılar gölün yanındadır” – Ermənistan mətbuatı
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi
Son xəbərlər
Bütün xəbərlər »