Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məcburi köçkünlər Qarabağa qayıtmaqlarından danışdılar - Video, Fotolar
Məcburi köçkünlər Qarabağa qayıtmaqlarından danışdılar - Video, Fotolar

İşğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin reallaşdırılması istər şəhər, istərsə də kənd əhalisinin qarşılaşdığı əsas problemlərin həllinə və xüsusilə də kənd ərazilərində yeni iqtisadi imkanların yaradılmasına öz müsbət təsirini göstərəcək.

Bəs məcburi köçkünlər necə yurd-yuvalarına qayıtmaq istəyirlərmi? “Ağıllı kənd” layihəsini necə dəyərlındirirlər? Onlayn sorğuda iştirak ediblərmi?

Bizimyol.info bu suallarla Kürdəxanı qəsəbəsində məscburi köçknlər üçün nəzərdə tutulmuş şəhərcikdə yaşayan köçjünlər arasında sorğu keçirib.

Nəgiz Məmmədova Ağdam rayonunun Qaradağlı kəndindən köçkün düşüb. 64 yaşlı Nərgiz xanım deyir ki, torpaqların işğaldan azad edilməsi xəbərini eşidəndə sanki dünyanı ona veriblər.

“Çox gözəl hisslər keçirmişəm. Elə gözəl hisslər idi ki, sözlə ifadə eləmək çətindir”-deyən Nərgiz Məmmədova öz işğaldan azad edilmiş torpaqlara qayıtmaqla bağlı onlayn sorğuda iştirak etməsə də, həyat yoldaşı müraciət edib.

Nərgiz nənə kiminsə öz yurd-yuvasına qayıtmaq istəməyəcəyinə inanmır. Onun fikrincə, hamı öz yurduna dönmək istəyir.

“Xəyallarımıza belə gətirə bilməzdik ki, bu real olar. Şükür ki, indi realdır. Bu günləri bizlərə qismət edən Allaha şükürlər olsun. Millətimizə, millətimizin yanında olanlara Allah can sağlığı versin. Allah şəhidlərimizə rəhmət eləsin. Onların və valideynlərinin qarşısında baş əyirik”-deyən N. Məmmədova kəndlərin birləşdiriliməsi, "ağıllı kənd" layihəsi haqqında məlumatlı olmasa da, xəyallarının gerçəkləşməsinə sevinir.

Füzuli rayonundan köçkün düşən Ofeliya Quliyeva Bizimyol.info-ya açıqlamasında bildirib ki, torpaqların işğaldan azad olunması xəbərini eşidəndə sevincindən ağlayıb: “Mən öz torpaqlarımızdan çıxanda 40 yaşım var idi. Saçlarım qara idi. İndi saçlarım ağarıb və demişdim ki, rayonumuz işğaldan azad olunana qədər saçlarımı boyamayacağam. Ora qayıdım, sonra saçıma rəng qoyacam. Şükür ki, arzum reallaşdı və səbirsizliklə gözləyirəm ki, doğma yurduma qayıdım”.

Ofeliya Quliyeva xərçəng xətəliyindən əziyyət çəkir. Arzusudur ki, ömür vəfa etsin və o da öz rayonlarını görə bilsin.

Onlayn sorğuya gəldikdə isə, Ofeliya xanımın həyat yoldaşı sorğuda iştirak edib. Dediyinə görə, həyat yoldaşı da Birinci Qarabağ müharibəsinin veteranıdır.

70 yaşlı Akif Quliyev Cəbrayıl rayonundan köçkün düşüb.

Onlayn sorğuda iştirak etdiyini bildirən A. Quliyev səbrsizliklə öz yurd-yuvasına qayıdacağı günü gözləyir.

“O qədər şəhidimiz olub, əziyyət çəkilib. Torpaqlarımız geri qaytarılıb. Birinci biz getməliyik. Ora gedib əkin-biçinlə, maldarlıqla məşğul olacam.

Prezidrntimizə "çox sağol" deyirik ki, bu sevinci bizə yaşatdı.

Nizami Vəlişoğlu Şuşa şəhərindən köçkün düşüb.

“Onlayn sorğuda iştirak etmişəm. 18 sual vardı və o sualların hamısına cavab vermişəm. Necə lazımdı cavablandırmışam. Bundan əlavə Mənzil İstismar İdarəsində keçirilən sorğuda da iştirak etmişəm. Kiçik kəndlərin birləşdirilmə məsələsi, əlbəttə, yaxşı olar”-deyə o əlavə edib.

Məcburi köçkünlər Qarabağa qayıtmaqlarından danışdılar - Video, Fotolar

Məcburi köçkünlər Qarabağa qayıtmaqlarından danışdılar - Video, Fotolar

Məcburi köçkünlər Qarabağa qayıtmaqlarından danışdılar - Video, Fotolar

Məcburi köçkünlər Qarabağa qayıtmaqlarından danışdılar - Video, Fotolar

Məcburi köçkünlər Qarabağa qayıtmaqlarından danışdılar - Video, Fotolar

Məcburi köçkünlər Qarabağa qayıtmaqlarından danışdılar - Video, Fotolar

Son xəbərlər
Bütün xəbərlər »