Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski cəbhədə çətin anlar yaşadı - Video
Zelenski cəbhədə çətin anlar yaşadı - Video

Rusiya və Ukrayna arasında yaşanan Donbas böhranında hər gün bir yenilik qeydə alınır.

“Qafqazinfo” xəbər verir ki, sərhəddəki hərbçiləri ziyarət edən Ukrayna Prezidenti Vladimir Zelenskinin çətin anlarını “CNN International”ın kamerası lentə alıb.

Gərginliyin yaşandığı sərhəd bölgəsini ziyarət edən Zelenskini “CNN International”ın müxbiri Metyu Şans da müşayiət edib və tarixə keçən anları qeydə almaq şansı əldə edib.

Kameranın anbaan qeydə aldığı o anlarda Zelenski sərhəddəki səngərləri gəzərkən, separatçıların snayper atəşlərinə hədəf ola biləcək bir yerə gəlir və o anda Ukrayna Prezidenti CNN-in müxbiri və operatoruna qaçmalarını deyir. Saniyələr içində komanda ziqzaqvari hərəkətlərlə təhlükəsiz bir sahəyə irəliləməyə nail olurlar.

Müxbir cəbhədə bir dövlət rəhbərinin belə təhlükəsizlikdə olmadığını sözlərinə əlavə edib.

Son xəbərlər
Bütün xəbərlər »