Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha 7 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi
Daha 7 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi

Sabahdan daha yeddi pomidor istehsalı müəssisəsindən Rusiyaya pomidor ixracına icazə verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) tərəfindən 96 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.

Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 261588 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 179956 ton pomidor məhsulunun 145,4 faizini təşkil edir.

Son xəbərlər
Bütün xəbərlər »