Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
IMF Gürcüstana əlavə 111 milyon dollar ayıracaq
IMF Gürcüstana əlavə 111 milyon dollar ayıracaq

Gürcüstan Beynəxalq Valyuta Fondundan (IMF) əlavə olaraq təxminən 111 milyon ABŞ dolları əldə edəcək.

“Report” xəbər verir ki, bu barədə ölkənin Milli Bankından bildirilib.

Vəsait Gürcüstanda iqtisadiyyatın bərpasına yönəldiləcək.

Bankın məlumatına əsasən, koronavirus pandemiyası səbəbindən Gürcüstan iqtisadiyyatı ötən il 6,2 % azalıb. Proqnoza əsasən, iqtisadiyyatın bərpası bu ilin II rübündən etibarən başlayacaq.

Qeyd edək ki, IMF bu yaxınlarda qonşu ölkədə builki iqtisadi artım proqnozunu 4,3 %-dən 3,5 %-ə qədər azaldıb.

Son xəbərlər
Bütün xəbərlər »