Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Mərkəzi Bankından yeni qərar
Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edib.

Bu Qaydalar Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru (banklar) istisna olmaqla, rezidentlərin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada banklar vasitəsi ilə əməliyyatlarının aparılması qaydalarını tənzimləyir.

İqtisadçı Natiq Cəfərli Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, gün ərzində 1000 dollar ay ərzində isə 10 000 dollar çıxarılamısına onsuzda icazə var idi.

Natiq Cəfərli Natiq Cəfərli

“Bu qərarda əslində yeni bir şey yoxdur. Bu o deməkdir ki, bank hesabı olmadan köçürmələr edirsənsə, ay ərzində 10 gün istifadə edə bilərsən. Bu da əsasən ölkələr arası pul köçürmə sistemlərinə aiddir. Bu qayda əvvəldə var idi. Sadəcə indi pul köçürmə qaydalarına dəyişiklik edilməsi, siyahıda olan rezident və qeyri-rezidentlərinin sayının artırılması ilə əlaqədardır. İndi səfirlik işçilərinə, xarici şirkətlərdə çalışanlara, qeyri-rezidentlərə bu xidmətdən istifadə etmələri üçün daha çox haqqlar tanınır. Köhnə qaydanın eyni davamıdır. Sadəcə bu xidmətdən istifadə edənlərin siyahısı artıb”.

Leyla Mirzə

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Sərhəddə silahlı insident: iki hərbçimiz şəhid olub
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
Son xəbərlər
Bütün xəbərlər »