Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan generallardan kömək istədi – Qarşılığında “söhbət bağlanacaq”
Paşinyan generallardan kömək istədi – Qarşılığında “söhbət bağlanacaq”

Ermənistan hökuməti Qarabağ müharibəsində baş verənlərlə bağlı istintaq aparmaqdan imtina edib.

Unikal.org xəbər verir ki, bu barədə “Maariflənmiş Ermənistan” partiyasının lideri Edmon Marukyan özünün “Facebook” səhifəsində yazıb.

Deputatın sözlərinə əsasən, bu yaxınlarda Nikol Paşinyan generallarla görüşü zamanı bildirib ki, heç bir araşdırma aparılmayacaq, bu məsələ ilə bağlı hərbçilər rahat ola bilərlər, əsas odur ki, onlar hökumətin istefasını tələb etməsinlər və ona qarşı getməsinlər. Müharibə zaman yol verilən boşluqlar isə qapalı rejimdə müzakirə olunacaq və “söhbət bağlanacaq”.

“Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, hökumət müharibə zamanı səriştəsiz idarəetmənin dağıdıcı nəticələrinə görə məsuliyyət daşıya bilmir”, - deyə siyasətçi yazıb.

Son xəbərlər
Bütün xəbərlər »