Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır

Rusiya-Türkiyə münasibətləri yenə qaydasında deyil. Ankaranın Ukraynanın şərqindəki gərginlikdə Kiyevin yanında olmasını ortaya qoyması Moskvanın heç xoşuna gəlmir. Kreml ciddi addımlar atmağı planlaşdırır. Rusiya Türkiyə ilə hava əlaqəsini dayandırmaq fikrinə düşüb.

Bizimyol.info xəbər verir ki, hələ aprelin 9-da məsələ müzakirə olunmağa başlamışdı. Rusiyanın yeni həftənin ilk günündə qərar verəcəyi gözlənilirdi. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bununla bağlı jurnalistlərin suallarına ikibaşlı cavab verib. Prezident Vladimir Putinin mətbuat katibi deyib ki, bu məsələ barədə Kremlə birbaşa sual ünvanlamaq düz deyil. Peskov hər şeyin Opretativ Qərargahın rəyindən asılı olduğunu deyib.

Mətbuat katibi Türkiyədə yoluxmaların sayının artmasına eyham vurub. Guya Rusiya turistlərinin kurortlarıyla məşhur olan ölkəyə getməsi təhlükəli tendensiyaya çevrilib. Halbuki Rusiyanın bu məsələdən Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etməsi heç kimə sirr deyil.

Kiyev Ankara ilə çox yaxınlaşıb. Türkiyədən bir çox pilotsuz uçuş aparatları alınıb. Ukraynada yaxın ölkənin təcrübəsindən istifadə edərək dronların gələcək istehsalı ilə bağlı planlar da var. Hadisələrin belə gedişi Rusiyanı narahat etməyə bilməz. Kreml özünəməxsus şəkildə təzyiq yolu seçib.

Rusiya mətbuatının son dəqiqələrdə yazdığına görə, Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu təcili Moskvaya gəlir. Onun Rusiyalı həmkarı ilə görüşü nəzərdə tutulub. Çavuşoğlunu səfərdə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Ersoyun da müşayiət edəcəyi bildirilir.

Mövlud Çavuşoğlu Mövlud Çavuşoğlu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə İstanbulda görüşmüşdü. Ərdoğan qonaq dövlət başçısına Ankaranın Donbass məsələsində Kiyevin yanında olduğunu bildirmişdi. Görüşdə Ukraynanın NATO-ya üzvlük məsələsi də müzakirə olunmuşdu. Ərdoğan Zelenskiyə azad ticarət zonasıyla bağlı ortaya çıxan problemləri yoluna qoymağı söz vermişdi. Rusiya mətbuatı görüşü Kreml üçün xoşagəlməz hadisə kimi təqdim etmişdi.

Son xəbərlər
Bütün xəbərlər »