Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
Ramazan ayı, məscid
Ramazan ayının başlaması ilə sərt qapanma rejiminə keçid gözlənilir. Bizimyol.info-ya etibarlı mənbələrdən verilən məlumata görə, Ramazan ayında insanların toplaşmasının, ünsiyyətin artmasının qarşısını almaq üçün bu addımlar atılacaq və əgər Ramazanda qapanma olmasa, yoluxmanın sürətlə artacağı riski olduğu ehtimal olunur.

Onsuz da ölkəmizdə bir ildən çoxdur ki, müsəlmaların ibadət yeri olan məscidlər bağlıdır. Diskotekalar, kafelər, restoranlar, mağazalar və s. obyeklər açılsa da, bir çox etirazlara baxmayaraq, məscidlərin qapısı hələ də insanların üzünə bağlı olaraq qalır. Ramazan ayında insanların iftar süfrəsində toplaşmasına gəldikdə isə kafelərdə, restoranlarda toy məclislərini xatırladan görüntülərdən dahamı təhlükəlidir?

Məşədi Dadaş Məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, biz dəfələrlə müraciətlər etmişik ki, kütləvi iftar mərasimləri təşkil olunmasın, qaydalar pozulmasın.

Şahin Həsənli Hacı Şahin Həsənli

“Keçən il də Ramazan ayı pandemiya dövrünə təsadüf etdi. Qaydalar çərçivəsində oruc tutuldu və yoluxma sayı artmadı. İnsanların kütləvi şəkildə iftar süfrələri təşkil etməməyi, məhdud sayda adamla, öz ailəsi daxilində bu qaydalara riayət etməklə ifrat süfrəsi təşkil etməkləri məqsədə uyğundur. Bütün həkimlər də deyir ki, yoluxma sayı təmasla artır. Bu təmasları məhdudlaşdırmaq lazımdır. Hazırda məscidlər fəaliyyət göstərmir, kütləvi mərasimlər keçirilmir. Ramazan ayı boyunca canlı yayım vasitəsi ilə din xadimləri insanlara müraciətlər edəcək. İnsanlar evlərindən həmin dualara qoşula bilər. Sırf orucun özünün insan sağlamlığına ziyanı yoxdur. Həkimlərlə də məsləhətləşmişik bu barədə. Qaydalara riayət olunarsa, oruc özlüyündə yoluxma riskimi artırmaz”,- deyə Hacı Şahin Həsənli bildirib.

Etibarlı mənbənin qapanmalarla bağlı verdiyi məlumatda bildirilir ki, Ramazan ayında oruc tutanların immunitetinin azalması fonunda kütləvi ünsiyyət ciddi narahatlıq doğurur.

“Qapanmaya getmək yox, xalqa düzgün izah etmək lazımdır ki, özünü qoruma tədbirlərinə yaxşı riayət etsinlər”. Bu fikirləri həkim Fuad İslamzadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə,xalq karantinin əleyhinədir

Fuad İslamzadə Fuad İslamzadə

“Karantin lazım ola bilərdi, amma illərlə yox. Düşünürəm ki, sərt karantin dalğavari şəkildə aparılmalıdır. Yoluxma sayı artdığı zaman 15-16 gün qapanma aparılıb sonra yenidən yumşaldılmalıdır. Proqnozlar verirlər ki, may, aprel, iyun aylarında bitəcək bu bəla. Bu məlumatlar tamamilə yalandır. Bu, yaxın vaxtlarda bəşəriyyətdən çəkilməyəcək. Bütün dünya belə yaşamağı öyrənməlidir. Yəni biz adi gigiyenik tədbirləri yaxşı mənimsəməliyik. Peyvəndləməyə qarşı xalq arasında çox yalnış münasibət var və bunu qızışdıranlar, yalnış məlumatlar yayanlar hədsiz dərəcədə çoxdur. Hesab edirəm ki, hazırda bu barədə deyilən şişirdilmiş sözlər ayrı-ayrı istehsalçı firmaların bir-biri ilə rəqabətinin və daha yaxşı qazanmaq uğrunda aparılan oyunun nəticəsidir”.

Leyla Mirzə

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
Son xəbərlər
Bütün xəbərlər »