Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dövlət qurumları özlərinə rəva bilmədiyini necə özəl şirkətlərə rəva bilər"
Tağı Hüseynov

Müxtəlif səbəblərdən məhkumluq həyatı yaşamız insanların azadlığa çıxdıqdan sonra cəmiyyətə sosial inteqrasiya prosesi vacib məsələlərdən biridir. Yaşadığımız cəmiyyətdə isə məhkumluğu olan şəxslər intqrasiya zamanı bir çox problemlərlə üzləşirlər. Məsələn, iş tapmamaq, ailə tərəfindən qəbul edilməmək, yaşayış yerinin olmaması və s. kimi hallarla tez-tez qarşılaşırlar.

Cəmiyyətimizdə məhkumluğu olan şəxslərə qarşı xüsusi bir ayrı-seçkilik mövcuddur. Yəni, işəgötürənlər cinayət törətmiş şəxsləri işə qəbul etmək istəmirlər. Bunu açıq deməsələr də müxtəlif bəhanələrlə imtina edirlər. Lakin anlamaq lazımdır ki, həmin şəxsləri təkləmək, işsiz qoymaqla onları yenidən cinayət törətməyə sövq edə bilərik. Qanunvericiliyə görə, məhkum edilən şəxs cəzasını çəkibsə, o, qanunla qadağan edilməyən sahələrdə çalışa bilər. Müxtəlif ölkələrdə məhkumları cəmiyyətə qazandırmaq üçün fərqli proqramlar həyata keçirilir və onların məşğulluğu üçün layihələr hazırlanır.

Hüquqşünas Tağı Hüseynov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, demək olar ki, məhkumun öz qohumlarından və dostlarından başqa heç kim onları işə götürmək istəmir.

“Xüsusən də az ağır və xüsusilə ağır cinayət törədənləri. Əlbəttə ki, bu anlaşılandır. Onsuz da cəmiyyətimizdə iş axtaranların sayı çoxdur. Heç bir işəgötürən peşəkar və keçmişi təmiz birinin əvəzinə, yalnız həbsxana təcrübəsi olan birini işə götürmək istəməz. Ona görə də, bəzi pafoslu çıxışlar əvəzinə real danışılsa daha yaxşı olar. Həm də bu psixoloji bir durumdur. Bir çox dövlət müəssisələrində məhkumluğun olub-olmaması ilə bağlı sorğu verilir və şəxsin bu faktla bağlı keçmişi önəmli sayılır, lakin özəl şirkətlər bunu nəzərə almamalıdır? Yəni dövlət qurumları özlərinə rəva bilmədiyini necə özəl şirkətlərə rəva bilərlər”?- deyə hüquqşünas bildirib.

Hüquqşünas onu da qeyd edib ki, hər bir məhkum şəxs azadlığa çıxandan sonra etdiyi cinayətdən asılı olaraq məhkumluğun ödənilməsi və götürülməsi proseduru baş verir.

“Əgər məhkəmənin hökmündə qadağalar varsa, bu şəxs müəyyən müddətə vəzifə tutmaq hüququndan məhrum edilir. Çünki bəzi vəzifə cinayətlərinə görə şəxsin müəyyən vəzifə tutmaq imkanı ləğv edilir. Bu hökmdə əlavə ikinci cəza kimi qoyulur. Məhkumluq başa çatandan sonra , yəni məhkum azad olandan sonra bir müddət hər hansı vəzifədə işləyə bilməz. Bu məhkum üçün müəyyən müddət sonra qadağalar aradan götürülür”.

Qeyd edək ki, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, məhkumluğu olan şəxslər dövlət qulluqçusu ola bilməz, Milli Məclisə seçkilərə qatıla bilməz, təhlükəsizlik orqanlarında işə götürülə bilməz və.s. Lakin digər bütün sahələrdə işləyə bilərlər.

Leyla Mirzə

Paylaş »
››› Köhnə avtomobillərin hərəkəti qadağan ediləcək
››› “Bakı səfəri Lavrov üçün gərgin keçəcək”
››› Avropalılar qadağaların aradan qaldırılmasını bayram edir
››› Rusiyada vilayət naziri itkin düşüb - Navalnının zəhərləndiyi xəstəxanada həkim işləmişdi
››› Ölkəyə avtomobil adı ilə metal qırıntıları daşınır
››› Deputat ailəsi vətəndaşların əmlaklarını əllərindən necə alır: ağlasığmaz üsullar
››› Heydər Əliyev: “Qarabağa muxtariyyət verilməsi Azərbaycanın içinə qoyulmuş bomba idi”
Son xəbərlər
Bütün xəbərlər »