Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tural Gəncəliyevin bir cümləsi Ermənistanı “gizli sövdələşmə” xofuna salıb
Xankəndi

Bir neçə gün öncə Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyevin öz tvitter hesabında "Tezliklə ofisim Xankəndidən fəaliyyət göstərəcək" yazması Ermənistanı və qondarma qurum nümayəndələrini qıcıqlandırıb. Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin əməkdaşı Lilit Gozalyan Tural Gəncəliyevin həbsxanada başını kəsməklə hədələyib.

Olmayan "Qarabağ Respublikası"nın saxta xarici işlər naziri David Babayan deputatın Xankəndində ofis qurmaq planını bəzi güclərin Ermənistan rəhbərliyinin Azərbaycanla gizli sövdələşməsi kimi qiymətləndirib.

Tural Gəncəliyev Tural Gəncəliyev

“Azərbaycanlılar Xankəndində ofis aça bilməzlər. Stepanakert üçün Qarabağın Azərbaycanlı İcması anlayışı yoxdur”,- deyə Babayan bildirb.

Elə çox kecməyib ki, Qarabağda fəaliyyətdə olan separatçı qurumun rəhbəri Araik Aratunyanın Şuşaya gələrək gizli sövdələşmə aparması barədə xəbər yayılıb. Məlumatı qalmaqallı xəbərləri ilə tanınan Qaqik Soqomonyan adlı bloger yayıb. O bildirib ki, Araik Arutunyan aprelin 9-u axşam saat 22:00-23:00 aralığında Şuşa şəhərinə gəlib.

Bloger Arutunyanın Şuşada Azərbaycan Ordusunun yüksək çinli zabitləri ilə gizli danışıqlar apardığını qeyd edib. “Danışıqlar zamanı sülhməramlı missiyanın nəzarət etdiyi Xocalı şəhərinə azərbaycanlı məcburi köçkünlərin 2022-ci ildə dönüşü müzakirə olunub. Əvəzində Azərbaycanda saxlanılan diversantların Yerevana təhvil verilməsi barədə fikir mübadiləsi aparılıb”,- deyə o qeyd edib. Məlumat nə Ermənistan, nə Azərbaycan rəsmiləri tərəfindən təsdiqlənməyib.

Görünən odur ki, Ermənistan məğlub olsa belə, Qarabağın yuxarı hissəsinə azərbaycanlıların köçə bilməsi ideyasına hələ də inanmırlar. Tural Gəncəliyevin bu qədər konkret açıqlama verməsi o səbəbdən qıcıq yaradıb. Tural Gəncəliyevin özü ilə əlaqə saxlamaq istəsək də, deputatımızın çox sıx iş qrafiki səbəbilə sualımızı icmanın şöbə müdüri cavablandırdı.

“Biz bu açıqlamanı kütlə üçün verməmişdik. Ermənistanda çox söz deyə bilərlər. Tural Gəncəliyev Xankəndinin deputatıdır, orada fəaliyyət göstərməsi üçün ofisinin olması tam normaldır. Bu açıqlamadan sonra bizim başımızı kəsməklə hədələdirlər. Amma əlbəttə ki, öz fikrimizdə qalırıq. Biz Xankəndinə gedib bu fikri reallaşdıracağıq. Hələ ki, öz araşdırmamızı aparırıq. Dövlətimiz nə zaman məsləhət bilsə, biz gedəcəyik. Əhaliylə görüşlər keçirirk, icma olaraq hazırlıqlarımızı görürük, əhalinin geri qayıtmaq imkanlarını araşdırırıq. Dövlət nə zaman məsləhət bilsə, gedib Xankəndinə yerləşəcəyik və fəaliyyətiə ordan davam edəcəyik”,- deyə Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin Media və kommunikasiya şöbəsinin müdürü Əhməd Mahmudov bildirib.

İlhamə Rəsulova

Paylaş »
››› Hadrutun hazırkı durumu: “Azərbaycanlı hərbçilər burada futbol oynayır” – Rusiya mətbuatı
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› "Gürcüstanın bizi dəstəkləməsi boş yerə olmayıb, ciddi səbəbləri var idi"
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
Son xəbərlər
Bütün xəbərlər »