Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aleksandr Lukaşenko Azərbaycana səfər edəcək
Aleksandr Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfər edəcək.

APA-nın “BelTa” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər aprelin 13-də baş tutacaq.

İki gün davam edəcək səfər çərçivəsində Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə iki görüş keçirəcək. İlk görüş səfərin birinci günü baş tutacaq. Bu qeyri-formal görüşdə prezidentlər Azərbaycan-Belarus arasındakı münasibətlərin əsas istiqamətlərini və strateji qarşılıqlı münasibətləri müzakirə edəcəklər.

Danışıqların rəsmi hissəsi isə aprelin 14-də baş tutacaq. Prezidentlərin görüşü təkbətək və geniş tərkibli nümayəndə heyətinin iştirakı ilə keçiriləcək. Görüşdə ticari-iqtisadi əlaqələrin genişləndirilməsi və əməkdaşlığın yeni məzmunu müzakirə olunacaq. Tərəflər sənaye kooperasiya məsələlərini, qida istehsalı və təchizatı, kənd təsərrüfatı məhsullarının emalı sahəsində cari və perspektivli layihələrin həyata keçirilməsini nəzərdən keçirəcəklər. Həmçinin səhiyyə, elmi-texniki, təhsil və turizm sahələrində əməkdaşlıq da müzakirə olunacaq.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
››› Hüquqşünas 4 uşağa görə Abşeron icra başçısının işdən çıxarılmasını tələb etdi - Foto, Video
Son xəbərlər
Bütün xəbərlər »