Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu qətldə Mövlam Şıxəliyevin əli olub - Səid Dadaşbəylidən açıqlama
Eldar - Mövlan

“Mövlam Şixəliyev bizim üçün saxta istintaqı quran və onun başında duran adam olub. MTN dağılanda həbs edilməli olan ilk adamlardan biri o olmalı idi. Bizə qarşı işgəncələrdən, təzyiqlərdən, qeyri-insani davranışlardan istifadə edərək, saxta işimizin ssenarisini yazanların biri idi”.

Bu sözləri gununsesi.info-ya açıqlamasında MTN tərəfindən şərlənən 14 ilə yaxın məhbəs həyatı yaşayan Səid Dadaşbəyli bildirib.

Səid Dadaşbəyli Səid Dadaşbəyli

Səid Dadaşbəylinin iddiasına görə, Mövlam Şıxəliyevin onunla birlikdə həbs edilən və sonra MTN-də işgəncələrədən vəfat edən Emin Məmmədovun qətlində birbaşa əli var: “Emini işgəncə ilə öldürdülər. Ona işgəncələrin verilməsinə Mövlam rəhbərlik edib. Eminə verilən işgəncələri videoya çəkib, Mövlan mənə nümayiş etdirirdi. Hesab edirəm ki, ona qarşı irəli sürülən ittihamlardan biri də bu olmalıdır. O, vəzifə səlahiyyətini aşıb, işgəncə verib, nəticədə adam ölüb. Təəssüflər olsun ki, bu cinayətlərdə Baş Prokurorluğun o zamankı rəhbərliyi də məsuliyyət daşıyır. Bu gün Rüstəm Usubov azadlıqda olmamalıdır. Bilirsiniz ki, Avropa İnsan Hüquqları Məhkəməsi mənim qanunsuz həbsimlə bağlı şikayətimi təmin edib. Bu fakt kifayyət edir ki, bizim həbsimizin qanunsuz olması araşdırılsın və bu adamlara ittihamlar verilsin”.

İstintaq dövründə Mövlam Şıxəliyevin şəxsi göstərişi ilə ağır işgəncələrə məruz qalan Səid Dadaşbəyli bildirir ki, MTN-də ona yaşadılanların izi bədəninin müxtəlif yerlərində qalıb: “Mənə mənşəyi bilinməyən iynələr vurdururdu. Ozü də ironiya ilə “onun iynəsini vurun” deyirdi. Bizim istintaqımızı aparan müstəntiqləri də sonradan mükafatlandırdılar. Bunlardan biri Eldar İsmayılov və Novruz Kərimov idi. Pərviz Həşimlinin işini Novruza verəndə həbsdə idim. Əmin oldum ki, onu da qurama ittihamla tutublar. Hesab edirəm ki, “MTN işi” obyektiv araşdırılsa bu adamların hər biri həbs olunmalıdır”.

Qeyd edək ki, Mövlan Şıxəliyev bu günlərdə həbs edilib.

Bununla bağlı Baş Prokurorluğun rəsmi açıqlamasında deyilir:

Azərbaycan Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalmalarına dair ayrı-ayrı şəxslərin müraciətləri ilə əlaqədar əvvəllər başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

İstintaqla Şixəliyev Mövlam Məmmədismayıl oğlunun MTN-nin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmasına, vəzifə səlahiyyətlərindən sui istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »