Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cərimələnən restorana sahib çıxan olmadı
Cərimələnən restorana sahib çıxan olmadı

Sosial şəbəkələrdə keçmiş deputat Hadı Rəcəbliyə məxsus restoranda pandemiya qaydaları pozularaq, toy keçirilməsi səbəbilə ona cərimə yazılması xəbərləri yayılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən rayon ərazisində yerləşən “Riva Hill Resort”, “Palıdlı Sahil”, “Rahat Məkan” istirahət mərkəzlərində sanitar-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy mərasimlərinin keçirilməsi müəyyən edilib.

Ümumilikdə 20 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Yayılan məlumatlara görə, "Palıdlı Sahil" restoranı sabiq deputat Hadı Rəcəbliyə məxsusdur.

Bu barədə sabiq deputatın özündən məlumat almaq istədik. Çox danışmaq istəməyən Hadı Rəcəbli restoranın ona aid olmadığını söylədi.

"Palıdlı Sahil" restoranı ilə də əlaqə saxladıq. Restoranın administratoru da obyektin Hadı Rəcəbliyə məxsus olmadığını söylədi. O restoranın kimə aid olması barədə məlumat vermək istəmədi.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »