Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...

12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin orbitə çıxıb. Bu uçuşdan sonra kosmosun fəth olunması üzrə 300-dən çox proqram həyata keçirilib, 32 ölkə orbitə öz astronavtlarını göndərib.

Azərbaycanda aerokosmik sənayenin yaradılmasına 2008-ci ildə start verilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamdan sonra yaradılan aerokosmik agentliyin qarşısında duran vəzifə ölkənin müdafiə qüdrətinin möhkəmlənməsi və inkişafına xidmət edən layihələr hazırlamaq idi və biz bunun bəhrəsini 44 günlük şanlı Qarabağ müharibəsində gördük. Məhz onların köməyi ilə dünya dron müharibəsilə tanış oldu, dronlarımız düşmənin atış nöqtələrin i asanlıqla təyin və məhv edə bildi.

İlk peykimiz "Azerspace-1" 2012-ci il fevralın 8-də Cənubi Amerikada Kuru Kosmodromundan orbitə qaldırılıb. Aparat Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri, Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstərir. Sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peykimiz "Azerspace” 2018-ci ildə orbitə buraxılıb.

Azərbaycan peyklərinin Qaradağ rayonunun Güzdək kəndində yerləşən idarə mərkəzi var. Mərkəzin şöbə müdürü Dunay Bədirxanov Bizimyol.info-ya bildirib ki, peyklərimiz həm kommunikasiya, həm yer səthinin məsafədən müşahidəsi, həm naviqasiya, həm də müxtəlif elmi məqsədlərlə istifadə edilir.

Dunay Bədirxanov Dunay Bədirxanov

“Bu gün dünyanın 70-dən çox ölkəsinin ən azı 1 peyki var.

Telekommunikasiya peyklərinin buraxılmasında əsas məqsədlərdən biri də milli iqtisadiyyatın difersifikasiyasıdır. Buna görə həmin peyklərin gəlir gətirməsi mütləq şərtlərdən biridir. Peyklərin 15 il ərzində öz xərcini ödəməsi və istismarı nəzərdə tutulub. Hazırda şirkətin beynəlxalq şirkətlərlə stabil müqavilələri var. Afrika, Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu şirkətləri də bu siyahıda yer alır.

50-yə qədər ölkədə yayım xidmətləri Azərbaycanın peykləri vasitəsilə həyata keçirilir. “Azerspace -1” kommunikasiya peykidir və Azərbaycanın yerli televiziya kanalları ilə yanaşı, bir neçə xarici ölkənin telekanalları bu peyk vasitsəilə yayımlanır. Peykin yalnız 20%-i Azərbaycan dövləti üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə olunur”,- deyə o bildirib.

2014-cü il iyunun 30-da Azərbaycan “Azersky” adlı müşahidə peykini buraxıb. O bizim qələbəmizin əsas qəhərmanlarından biri, zəfərimizi göylərdən izləyəndir. Dəyəri 157 milyon avrodur, Əsasən Azərbaycanın müdafiə və təhlükəsizliyinə xidmət edir, “Azersky”ın həm də kommersiya potensialı var, 2018-ci ilədək, yəni 4 il ərzində 24 milyon Avro gəlir gətirib. Peykin 200 mln. Avrodan artıq gəlir gətirəcəyi nəzərdə tutulub.

“Azərsky” müşahidə peyki vasitəsilə biz nəinki ölkəmizdə, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim müntəzəm olaraq izləyə, nəzarət edə bilirik.

Azərbaycan bu günə qədər peyk xidmətlərindən 230 milyon dollar gəlir əldə edib. Hazırda telekommunikasiya peyklərimizin tutumunun 86 faizi istifadədədir. Bu da peyk xidmətləri bazarında pandemiya ilə əlaqədar durğunluğun yaranması səbəbi ilə baş verib. Buna baxmayaraq, Azərbaycan peykləri hətta 2 faizlik gəlir artımına nail ola bilib. Minalardan təmizlənməli olan ərazilərdə, Qarabağda aparılacaq yenidənqurma və tikinti işlərində də peyklərimizin böyük xidməti olacaq. Azad edilmiş torpaqlarda intensiv kənd təsərrüfatının yaradılması planları var. Bunun üçün ağıllı əkinçilik, ağıllı kənd təsərrüfatı layihələri yaradılacaq, hər qarış torpağa individual yanaşma sərgilənəcək. Və əlbəttə ki, bu layihələr üçün peyk təsvirlərinə ehtiyac olacaq.

Buraxılan ilk peykimizin istifadə müddəti 7 il sonra başa çatacaq və bu yeni peykin buraxılması zərurəti yaradacaq. Hazırda bu sahədə rəqabət öyrənilir və yeni strategiyalar hazırlanır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »