Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş məhkum silah və narkotiklə saxlanılıb
Həbs

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərdən külli miqdarda narkotik vasitə və odlu silah aşkarlanıb.

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Göytəpə şəhər sakini Elnur Lətifov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan 1 ədəd bükümdə 30 qramdan artıq narkotik vasitə heroin aşkarlanıb.

Aparılan təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə E.Lətifovun həmin narkotik vasitəni əldə etdiyi şəxsin əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş, Göytəpə şəhər sakini Emil Mustafayev olduğu müəyyən edilib və saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı 5 qramdan artıq heroin aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə E.Mustafayevin yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram narkotik vasitə heroin və AKM markalı “Kalaşnikov” avtomatı, həmin silaha aid sandıqça və 17 ədəd patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Paylaş »
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› Rusiya daha 5 ölkə ilə uçuşları bərpa edəcək
Son xəbərlər
Bütün xəbərlər »