Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkdilli dövlətlərin nazirləri Gəncə və Ağdama səfər ediblər
Ağdam şəhəri Ermənistanın işğalından sonra

Dünən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirləri Gəncə və Ağdama səfər ediblər. Onları Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və digər rəsmi şəxslər müşahidə edib. Qonaqlar 2020-ci ilin oktyabr ayında Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində yaşanmış fəlakətin izləri ilə tanış olublar.

Xatırladaq ki, Gəncəyə -əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında 2 raket atılmışdı. Oktyabrın 11-də 10 nəfər həlak olub, 35-dən çox şəxs yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Oktyabrın 17-də gecə düşmənin Gəncəyə xain hücumu nəticəsində 13 nəfər həlak olub, 48-dən çox şəxs xəsarət alıb.

Evləri dağılan gəncəlilər üçün yeni mənzillər inşa edilsə də, bu xərabələr dünya ictimaiyyətinə erməni vəhşiliyini göstərmək üçün qorunur.

Bir zaman zəhmətkeş , yaradıcı insanların doğulub, böyüdüyü Ağdam isə ruhlar şəhəri, kabus şəhərdir artıq.

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »