Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda istirahət mərkəzi, Ağcabədidə ev yanıb
Bakıda istirahət mərkəzi, Ağcabədidə ev yanıb

Paytaxtda istirahət mərkəzində yanğın hadisəsi qeydə alınıb.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda, istirahət mərkəzinin ərazisində hər mərtəbəsi 600 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 44 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi Ağcabədi rayonunda baş verib.

Belə ki, rayonda ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağında 1 ədəd çarpayı və yataq dəsti yanıb. Yüksək temperaturdan otağın tavanı 10 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Son xəbərlər
Bütün xəbərlər »