Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya Şimali İrlandiyaya xüsusi təyinatlılar göndərdi
Britaniya Şimali İrlandiyaya xüsusi təyinatlılar göndərdi

Britaniya hökuməti hakimiyyətə loyal olan qüvvələrlə millətçilər arasındakı toqquşmaların qarşısını almaq və iğtişaşları yatırmaq üçün Şimali İrlandiyaya xüsusi təyinatlı dəstə göndərib.

Virtualaz.org bildirir ki, bu barədə “Sunday Mirror” nəşri məlumat yayıb.

Məlumata görə, qarışıqlıqların baş verdiyi əraziyə minimum səkkiz döyüşçü göndərilib, onlar toqquşmaların yatırılması ilə məşğul olan MI5 Təhlükəsizlik Xidməti ilə işləyəcəklər.

Qeyd edək ki, Belfastda toqquşmalar artıq bir həftədən çoxdur davam edir. Əsasən millətçi kəsimdən formalaşan etirazçılar Antrim bölgəsinin İrlandiyada qalmasını tələb edirlər. Etirazçılar polis və loyalistlərə daş, şüşə və məişət tullantıları atır, həmçinin avtomobillərə od vururlar. Bu əməlləri törədənlərin əksəriyyətini 12-17 yaşlı irland yeniyetmələr təşkil edir.

İğtişaşlar zamanı xeyli sayda insan xəsarət alıb, mağazaların şüşələri sındırılıb, nəqliyyat vasitələrinə ziyan vurulub.

Daha əvvəl hüquq-mqhafizə orqanları bildiriblər ki, Belfastda, "Nors-kvin küçəsində qarışıqlıqlar nəticəsində 14 polis əməkdaşı yaralanıb və bununla da xəsarət alan polislərin ümumi sayı 88 nəfərə çatıb.

Son xəbərlər
Bütün xəbərlər »