Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gizli toy məclisi keçirənlər cərimələnib
Gizli toy məclisi keçirənlər cərimələnib

Samuxda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə Samux rayon Polis Şöbəsinə (RPŞ) rayonun Qarayeri qəsəbəsində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsi dayandırılıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 14 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.

Davam etdirilən tədbirlərlə rayonun ərazsində də toy mərasiminin keçirilməsi aşkar edilib ki, RPŞ əməkdaşları həmin mərasim barəsində də qanunamüvafiq tədbir görüb, 4 iştirakçı inzibati məsuliyyətə cəlb edilib.

Son xəbərlər
Bütün xəbərlər »