Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
meyit

Bu gün saat 17:40-da Ermənistanın paytaxtı Yerevanın Kanaker-Zeytun rayonunun polis bölməsinə David Anaxt küçəsindəki evlərdən birinin eyvanında qadın meyitinin aşkarlanması barədə məlumat daxil olub.

Barədə “Novosti Armeniya” məlumat yayıb.

Bildirilir ki, hadisə yerinə şöbə rəisinin rəhbərliyi ilə Kanaker-Zeytun polis bölməsinin operativ qrupu, həmçinin Ermənistanın İstintaq Komitəsinin Yerevan İstintaq İdarəsinin Kanaker-Zeytun rayonunun İstintaq Bölməsinin təhqiqatçılar qrupu cəlb edilib.

Polislər mənzilin eyvanında 40 yaşlı qadının meyitini aşkarlayıblar. Onun adı və soyadı açıqlanmır. Meyitin yanında tapança da aşkar edilib.

Jurnalist Qaqik Şamşyan bildirib ki, meyiti aşkarlanan qadının atası Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin general-leytenantıdır.

Qeyd edilir ki, tapança onun atasına məxsus olub və hədiyyə imiş. Qadının ölümünün intihar və ya bədbəxt hadisə olması ekspertizadan sonra müəyyənləşdiriləcək.(virtualaz.org)

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »