Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 12 aprel, 2021
Günün ulduz falı: 12 aprel, 2021

Bizimyol.info qoroskop həvəskarlarına 12 aprel, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Günün başlanğıcı gərgin olacaq. Bu vaxt üçün bir iş planlaşdırmaq çətindir: vəziyyət ən gözlənilməz ssenari üzrə inkişaf edəcək, yeni işlər ortaya çıxa bilər. Əvvəllər yaxşı münasibətdə olan insanlar mübahisə edə və hətta xırda məsələlərə görə bir-birlərini incidə bilərlər. Xoşbəxtlikdən, bütün fikir ayrılıqları tezliklə keçmişdə qalacaq.

Günortadan sonra ünsiyyət baxımından daha əlverişli olacaq. Bir çox insanlar öz hisslərini çözməyi bacaracaqlar, buna görə də başqalarını başa düşmək daha asan olacaq.

Qoç - Gələcək haqqında düşünmək, planlar qurmaq və planın həyata keçirilməsində kömək edə biləcək insanlarla müzakirə etmək üçün yaxşı gündür. Ən cəsarətli işlərin uğurlu olacağına inanacaqsınız, əksər hallarda bu nikbinliyiniz başqalarına da pozitiv təsir göstərəcək. İşlərin görülməsi üçün köməyə ehtiyacınız varsa, asanlıqla tapa bilərsiniz.

Qeyri-adi görüşlər istisna deyil, haqqında təriflər eşitdiyiniz bir insanla tanış olmağınız mümkündür. Yəqin ki, romantik münasibətlərin başlanğıcı da ola bilər. Münasibətlər sürətlə inkişaf edəcək və tezliklə həyatınızda əhəmiyyətli bir rol oynamağa başlayacaq.

Buğa - Gün yaxşı keçəcək, bir çox cəhətdən şanslı olacaqsınız. Narahatlıq üçün heç bir səbəb tapmayacaqsınız. Əvvəllər başladığınız və yarımçıq qalmış işləri tamamlamaq, çatışmazlıqları aradan qaldırmaq üçün bir fürsət olacaq. Düzgün prioritet seçməyi və ən vacib hədəflərinizə tez çatmağı bacaracaqsınız.

Uzun müddət xatırlanacaq və ya sizi maraqlı düşüncələrə çəkib aparacaq görüşlər istisna deyil. Bəzi Buğalar əvvəllər tez-tez mübahisə etdikləri bir adamla dostluq etməyə başlayacaqlar. Günortadan sonra yaxşı alış-veriş vəd olunur. Nağd pul daxilolmaları da mümkündür.

Əkizlər – Yaxşı olar, tələsməyəsiniz. Günün əvvəlində diqqətinizi cəmləşdirmək çətin olacaq. Yeni fikirləri həyata keçirmək asan olmayacaq və əvvəlcədən planlaşdırılan işləri görmək rahatlıqla alınmayacaq. Zamanla müsbət tendensiyaların təsiri özünü göstərəcək, əhvalınızın düzəldiyini hiss edəcək və hədəflərinizə çatmaq daha asan olacaq.

Günün sonuna qədər çox işlər görməyə, başqalarının yalnız xəyal etdikləri nəticələrə nail olmağa vaxtınız olacaq. Xoş görüşlər, maraqlı tanışlıqlar mümkündür. Ətrafınızdakı insanlarla yaxşı münasibət quracaqsınız.

Xərçəng - Xırda məsələlərə görə narahatlıqlar yarana bilər. Bu gün gərgin anlar az olmayacaq, amma ciddi problemlərdən deyil, tezliklə keçmişdə qalacaq və unudulacaq kiçik maneələrdən söhbət gedir. Günün ilk yarısında bir müddət başqalarının səhvlərini düzəltməyə məcbur olacaqsınız. İkinci yarısı sizi uğurlu təsadüflərlə sevindirəcək.

Yəqin ki, darıxdığınız insanlarla görüşəcəksiniz. Əvvəllər fikir ayrılıqları olsa da, indi onları keçmişdə buraxıb qarşılıqlı anlaşmaya nail olmaq asan olacaq. Dostlarınızın və köhnə tanışlarınızın köməyi ilə həyata keçirə biləcəyiniz yeni fikirlər ortaya çıxacaq.

Şir – Narahat gündür. Amma əyləncəli və xoş olacaq. Dostlarla görüşmək üçün əla zamandır. Çox maraqlı mövzuları müzakirə etmək, əvvəllər fikir ayrılıqlarına səbəb olan məsələlər barədə mövqe birliyinə gəlmək fürsəti yaranacaq. Təbii ki, bürcün bütün nümayəndələri düşündükləri planı həyata keçirə bilməzlər. Ancaq fərqi yoxdur; bir az sonra mütləq uğur qazanacaqsınız.

Xoş sürprizlər və hədiyyələr mümkündür. Günortadan sonra alış-veriş üçün əlverişli vaxtdır. Sizi və yaxınlarınızı sevindirəcək şeyləri səhvsiz seçə biləcəksiniz.

Qız - Mühüm məsələləri müzakirə və həll etmək üçün yaxşı gündür. Sürətlə hərəkət edəcəksiniz, vaxt itirməyəcəksiniz, buna görə də çox iş görməyi bacaracaqsınız. Uğurlu təsadüflər istisna edilmir, onların sayəsində çoxdan qoyduğunuz bir hədəfə necə çatacağınızı başa düşəcəksiniz. Şəxsi münasibətlər ahəngdar inkişaf edəcək, yaxınlarınızla yaxşı münasibət quracaqsınız, sizin üçün əziz olan adamları mükəmməl başa düşəcəksiniz.

Düzdür, gün sürprizlərsiz ötüşməyəcək. Bunlardan biri planlarınızı qarışdıra bilər və bəzi işləri təxirə salmalı ola bilərsiniz. Amma narahat olmayın: daha sonra problemləri yoluna qoyacaqsınız.

Tərəzi – İşlə bağlı hər hansı bir məsələni həll etmək üçün uğurlu gündür. Bir çox təşəbbüslərin perspektivlərini yaxşı görə və hər hansı bir hərəkətin nəticələrini düzgün qiymətləndirə bilərsiniz. İşgüzar danışıqlar yaxşı keçəcək, bir çox məsələlərin asılı olduğu şəxslərlə işbirliyi barədə danışıqlar aparmaq şansı olacaq.

Günortadan sonra nağd pul gəliriniz ola bilər və yaxşı alış-veriş imkanı qazanacaqsınız. Hər hansı praktik məsələni həll etmək üçün uyğun vaxtdır. Ev işlərinin öhdəsindən yaxşı gələcəksiniz, sizin üçün yorucu və darıxdırıcı görünməyəcəklər.

Əqrəb - Narahat, lakin maraqlı bir gündür. Həmişəkindən daha çox yeniliklər etməli, improvizasiya qbiliyyətinizi işə salmalı, gözlənilmədən qərarlar verməli olacaqsınız. Amma sizin üçün çətin olmayacaq, çünki intuisiyanız kəskin olacaq. Qeyri-adi və gözlənilməz təkliflər mümkündür. Müəyyən bir cavab vermədən əvvəl daha çox məlumat toplamağa çalışın.

Günortadan sonra uzaqdan xoş xəbər ala bilərsiniz. Bu vaxt xoş ziyarətlər də mümkündür. Bir vaxtlar birlikdə işlədiyiniz insanların sizinlə əlaqə saxlaması mümkündür. Faydalı işgüzar əlaqələri bərpa etmək şansı olacaq.

Oxatan - Səhər sakitliyinizi qorumaq çətin ola bilər. Emosional fon sıx olacaq, tez-tez xırda şeylərdən, təsir edə bilməyəcəyiniz problemlərdən narahat olacaqsınız. Günün ortalarında daha konstruktiv bir şəkildə işlərə köklənə biləcəksiniz, həyata keçirmək istədiyiniz konkret planlar ortaya çıxacaq. Əməkdaşlıq üçün qeyri-adi təkliflər mümkündür. Onları qəbul etməyin lazım  olub-olmadığını tez bir zamanda görəcəksiniz.

Axşam istirahət və gələcəyə dair düşüncələr qurmaq üçün əla zamandır. Necə davranacağınız və əvvəlcə nələrə diqqət ayıracağınız aydınlaşacaq.

Oğlaq - Tələsməyin. Günün ilk yarısı çətin ki, yeni işə başlamaq üçün əlverişli olsun, xüsusən də qeyri-adi, tanımadığınız bir iş söhbət gedərkən... Hər şeyi anlamaq, necə davranacağınızı başa düşmək üçün çox vaxt lazım gələcək. Hansı tövsiyələrə qulaq asmalı və hansıları qulaqardına vurmalı olduğunuz həmişə aydın olmur.

Günortadan sonra daha əyləncə olacaq. Son günlər sizi narahat edən problemləri həll etmək, bəzi vacib suallara cavab almaq şansı verəcək. Köhnə tanışlarla görüşməkdən məmnun olacaqsınız, dostlar sizi ruhlandırmaq üçün bir yol tapacaqlar.

Dolça - Yeni təşəbbüslər üçün əla gündür. İşlər yaxşı gedəcək, əvvəllər işləmədiyiniz sahələrdə də yaxşı nəticə göstərə bilərsiniz. Bürcün nümayəndələri tez bir zamanda yeni şeylər öyrənəcəklər, bir çox faydalı məlumatlar əldə edəcəklər. İşgüzar əlaqələri gücləndirmək üçün bir fürsət yaranacaq, daha əvvəl işlədiyiniz insanlarla əməkdaşlığın bərpa edilməsi barədə razılığa gələ bilərsiniz.

Axşam romantik sürprizlər, xoş anlar, unudulmaz görüşlər gözlənilir. Bu, son vaxtlar aranızda olmayan bir insanla yenidən əlaqə qurmaq şansı verəcək.

Balıq - Böyük bir gündür. Yeni fikirləri həyata keçirmək, əvvəllər düşündüyünüz planları həyata keçirmək şansınız olacaq. İntuisiyanız sizə kömək edəcək, hərəkətlərinizin mümkün nəticələrini düzgün qiymətləndirməyi bacaracaqsınız. Bu, ciddi səhvlərin qarşısını alacaq.

Karyera və ya bizneslə bağlı məsələlər uğurla həll olunacaq. Yeni fikirlər ortaya çıxa bilər; onların tətbiqi sayəsində peşəkar mövqelərinizi möhkəmləndirəcək və iş ortaqlarınızın hörmətini qazanacaqsınız. Şəxsi münasibətlərdə də müsbət meyillərin təsiri üstünlük təşkil edir, yaxınlarınızla yaxşı münasibət quracaqsınız.

Son xəbərlər
Bütün xəbərlər »