Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfir: "Müharibəni unuda bilməyəcəm" - Video
Səfir: "Müharibəni unuda bilməyəcəm" - Video
Bu həftə Türkiyənin Azərbaycandakı keçmiş səfiri Erkan Özoral Vətəninə geri dönür.

Erkan Özoral 2016-cı ilin oktyabr ayında Azərbaycana səfir təyin edilmişdi. O, öz fəaliyyəti dövründə Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində böyük işlər görüb. Buna görə də Azərbaycan Prezidenti İlham Əliyev Erkan Özoralı "Dostluq" ordeni ilə təltif edib.

Bizimyol.info saytına bu münasibətlə özəl müsahibə verən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkəmizlə bağlı təəsüratlarını bölüşüb. Bizə və oxucularımıza maraqlıdır ki, "Azərbaycan" Türk diplomatın yaddaşında necə qaldı? Azərbaycanda keçən illər onun üçün hansı əhəmiyyəti daşıyır?

- Erkan bəy, 4 ildən çoxdur ki, Azərbaycanda çalışırsınız. Azərbaycanı sevdinizmi?

- Mən Azərbaycanda daha əvvəl də çalışmışam. 2005-2009-cu illərdə səfirlikdə müstəşar vəzifəsində (baş məsləhətçi) çalışmışam. Elə o dövrdən Azərbaycanı sevməyə başlamışdım. Azərbaycan insanı istiqanlı, səmimi, sevimlidir. Biz iki dövlət, bir millətik. Bu hər zaman belə olub, belə də qalacaq. Bu dostluğu, qardaşlığı heç nə poza bilməz.

- Azərbaycanın hansı bölgələrində olmusunuz?

- İşimlə bağlı, demək olar ki, Azərbaycanın hər yerində olmuşam. Amma daha çox işğaldan azad olunmuş torpaqlara ayaq basanda qürurlandım. Bu hissi izah etmək mümkün deyildi. 30 ildən çoxdur ki, işğal altında olan torpaqlara ayaq basmaq insanın ürəyini əsdirir. Bir dəfə məndən soruşdular ki, Azərbayanın ən çox hansı bölgəsində olmusunuz? Düşündüm ki, mən Azərbaycanın ən çox hansı bölgəsində olmuşam? Mən ən çox Cocuq Mərcanlıya səfər etmişəm. Oranın insanlarını da sevirəm.

- Azərbaycanda fəaliyyət dönəminizdə daha çox hansı maraqlı hadisə yaranıb. Məsələn, elə bir şey ki, illər keçsə də, Siz o hadisəni unuda bilməyəcəksiniz...

- 44 günlük müharibəni heç bir zaman unuda bilməyəcəyəm. O qədər həyəcanlı idi ki o günlər. Qələbə sevinci. Bunu necə unuda bilərəm ki, qardaş ölkəm qələbə çalmışdı.

Xatırladaq ki, ötən il dekabr ayının 8-də Erkan Özoralın Azərbaycanda səfir kimi fəaliyyəti sona çatıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »