Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: “Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı prinsipial mövqeyindən məmnunuq”
Vladimir Zelenski

“Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı prinsipial və dəyişməz mövqeyindən məmnunuq”.

Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirilən birgə mətbuat konfransında bu fikirləri bildirib.

Müvəqqəti olaraq işğal edilmiş Ukrayna torpaqları Donbas və Kırım haqqında Türkiyə tərəfinə ətraflı məlumat verdiyini deyən V.Zelenski Kırımda insan haqlarının pozulmasına da diqqət çəkib.

V.Zelenski R.T.Ərdoğanın Kırım Platforması Formatına və bu istiqamətdə bu il avqustun 23-də Kiyevdə keçirilən toplantıya qatılacağına görə təşəkkür edib: “Bu toplantı Ukraynanın və ortaqlarının Kırımın işğalına və Ukrayna ilə Kırım tatarları xalqlarının haqlarını qorumaq istiqamətində çox önəmli mesaj verəcək”.(apa)

Paylaş »
››› Köhnə avtomobillərin hərəkəti qadağan ediləcək
››› “Bakı səfəri Lavrov üçün gərgin keçəcək”
››› Avropalılar qadağaların aradan qaldırılmasını bayram edir
››› Rusiyada vilayət naziri itkin düşüb - Navalnının zəhərləndiyi xəstəxanada həkim işləmişdi
››› Ölkəyə avtomobil adı ilə metal qırıntıları daşınır
››› Heydər Əliyev: “Qarabağa muxtariyyət verilməsi Azərbaycanın içinə qoyulmuş bomba idi”
››› "Space" TV-nin yeni rəhbəri istefa verdi
Son xəbərlər
Bütün xəbərlər »