Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna ABŞ-dan 100 F-15 alsın, yoxsa Azərbaycanın taktikasından istifadə etsin...
F-16 qırıcı təyyarə

Bu günlərdə Vaşinqtonda mənzillənmiş və demokratlara yaxınlığı ilə tanınan “Atlantic Council” beyin mərkəzinin analitiki Stefan Blank Bayden administrasiyasını Ukraynaya azı 100 F-15 ağır qırıcı-bombardmançısını satmağı təklif etmişdi. Blank mərkəzin saytında dərc edilmiş məqaləsində bildirirdi ki, bu addım Moskvaya “ağrı vermək” və onun təcavüzkar addımlarının cavabsız qalmayacağını göstərmək üçün atılmalıdır.

Lakin “Forbes” dərgisi yazır ki, bu təklif qeyri-realdır. Ukrayna Hərbi Hava Qüvvələrinin pilotlu aviaparkı 1991-ci ildən bəri yenilənməyib və təyyarələr köhnəlir, istismar müddətini başa vurur. Ukrayna HHQ-nin büdcəsi cəmi 300 milyon dollardır və bu təyyarələri yeniləməyə sadəcə olaraq imkanı yoxdur.

Aviasiya tematikası üzrə ekspert Tom Kuper hesab edir ki, Ukrayna hətta bu köhnə təyyarələrini yeniləməli deyil. Çünki onsuz da Rusiya aviasiyası qarşısında duruş gətirə bilməz. Böyük sayda, təxminən 500-ə yaxın Rusiya müasir döyüş təyyarələri Ukrayna sərhədlərinə yaxın cəmləşdirilib. Onların daşıdığı “hava-yer” tipli raketlərin mənzili imkan verir ki, Ukrayna qırıcıları hətta aerodromlardan qalxan kimi vurulsun. Ona görə də Kuper hesab edir ki, Kiyev üçün yeni pilotlu təyyarələr almaq iqtisadi baxımdan sərfəli deyil və mənasızdır.

Çünki F-15 təyyarələrini almaq üçün əlbətdə, milyardlarla dollar lazımdır. Digər tərəfdən bu təyyarələri istifadə etmək üçün Ukrayna aerodromları, digər infrastrukturu yeniləməlidir, çoxsaylı pilotlar hazırlanmalıdır.

Bayraktar PUA

Bunun əvəzində Ukrayna HHQ pilotsuz döyüş təyyarələrinə və kamikadze-dronlara keçməlidir. Kuper belə hesab edir. O qeyd edir ki, müharibə olarsa Ukraynanın pilotsuz aviasiyası və kamikadze-dronları Rusiyanın hava hücumundan müdafiə sistemlərinə, tanklarına və digər yerüstü qüvvələrinə hücum edə bilər.

“Azərbaycanla Ermənistan arasında ötən ilin payızında baş vermiş qısamüddətli müharibə Ukrayna dronları üçün mümkün ilkin nümunədir. Bu müharibə zamanı Türkiyə və İsrail PUA-ları erməni qüvvələrinə böyük zərbələr vurdular. Yüksəkdən uçan , mini ağıllı sursatlar daşıyan “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri, “Harop” və “Orbiter 1K” kamikadze-dronları çoxsaylı erməni tanklarını, canlı qüvvəsini məhv edib”,-“Forbes” bildirir.

Nəşr qeyd edir ki, Ukrayna Azərbaycanın taktikasını tətbiq etməlidir. Və bunun ilkin əlamətləri artıq var. Ukrayna 2019-cu ildən bəri Türkiyədən “Bayraktar”lar almağa başlayıb. Habelə özü kiçik kamikadze-dronların istehsalına başlayıb. Bu, təxminən minomyot mərmisi gücündə döyüş başlığı daşıyan kamikadze-dronlardır. Lakin Rusiya ilə mümkün müharibədə Ukraynanın pilotsuz sistemlərdən necə istifadə edəcəyi, Moskvanın buna necə cavab verəcəyi hələlik aydın deyil.(virtualaz.org)

Paylaş »
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
Son xəbərlər
Bütün xəbərlər »