Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı deputat ermənilər tərəfindən təhdidlərə məruz qaldı
Azərbaycanlı deputat ermənilər tərəfindən təhdidlərə məruz qaldı

Millət Vəkili, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəli Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı tərəfindən təhdidlərə məruz qalıb.

Bizimyol.info xəbər verir ki, deputatın öz “twitter” hesabında Qarabağla əlaqəli məlumatlar paylaşması erməniləri özündən çıxardıb.

Deputatın sözlərinə görə, etdiyi paylaşımlardan sonra, Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı onu “həbsxanada başını kəsəcəyik” deyərək təhdid edib. O bildirib ki, Ermənistanın uzun illərdir yaratdığı “Azərbaycanofobia” və etnik nifrətin bariz nümunəsi olan davranışa görə həmin şəxs tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılmalıdır.

Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin deputatı Tural Gəncəliyev “twitter” hesabında paylaşım edərək bildirmişdi ki, tezliklə ofisim Xankəndidən fəaliyyət göstərəcək və hazırda şəhərdə yeni ofis binası üçün mümkün yerlər nəzərdən keçirilir.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »