Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Türkiyə ilə hava nəqliyyatını məhdudlaşdıra bilər
Rusiya Türkiyə ilə hava nəqliyyatını məhdudlaşdıra bilər

Aprelin 12-dən Rusiya ilə Türkiyə arasında hava nəqliyyatı bir ay müddətinə məhdudlaşdırıla bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti Nəqliyyat Nazirliyindəki mənbələrə və iki böyük turoperatora istinadən yazıb.

Qəzetin yazdığına görə, məhdudlaşdırıcı tədbirlər 12 aprel bazar ertəsi günü qüvvəyə minə bilər, lakin hava nəqliyyatının tamamilə dayandırılması gözlənilmir. Məhdudiyyətlər çarter uçuşlarına şamil olunmasa da, Türkiyədən gələnlər üçün 14 günlük karantin tətbiq oluna biləcəyi nəzərdə tutulur. Yük-sərnişin ixracat uçuşlarının bir hissəsinin dayandırılacağı ehtimal olunur.

Qeyd olunur ki, buna səbəb koronavirus infeksiyasına yoluxanların sayında yüksək artım müşahidə edilməsi olub. Türkiyə Səhiyyə Nazirliyi aprelin 8-nə olan məlumatına görə ölkədə bir sutkada 55 mindən çox yoluxla halı qeydə alınıb.

Bundan əlavə, Dövlət Dumasının Təhsil və Elm Komitəsi sədrinin birinci müavini, Rusiyanın keçmiş baş sanitar həkimi Gennadi Onişenko, bu il rusların tətillərini ölkə daxilində keçirməsini məqsədə uyğun olduğunu bildirib: "Ölkəmizdə tətilin yaxşı təşkil olunması üçün bütün imkanlar var. Türkiyəyə səyahətlər indi təhlükəlidir, çünki səhiyyə sistemi epidemioloji vəziyyətlə mübarizəbə acizdir".

Son xəbərlər
Bütün xəbərlər »