Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
Rəcəb Tayyib Ərdoğan

Yaxın Şərq döyüşləri, Qarabağda baş verənlər Türkiyə hərbi sənayesinin çox böyük uğurunu ortaya qoydu. Türkiyə dronlarından bütün dünyada danışmağa başladılar. “Bayraktar”a hətta dünyanın inkişaf etmiş ölkələrində həsəd aparırlar.

Bizimyol.info xəbər verir ki, almanlar Türkiyə silahlı pilotsuz uçuş aparatlarına heyran qalıb. “Frankfurt Allgemeine Zeitung” qəzetinin materialında bu haqda danışılır. Yazıda almanların türk dronlarının uğurunu diqqətlə izlədiyi qeyd olunub. “Frankfurt Allgemeine Zeitung” yazır ki, Almaniyanın Müdafiə naziri Anneqret Kramp-Karrenbauer ölkə silahlı qüvvələrinin silahlı pilotsuz uçuş aparatlarına qarşı yetərli qorunma sisteminin olmamasını bildirib.

Jurnalist Peter Karstens yazısında Almaniya müdafiə sektorunu ciddi tənqid edib. Türkiyə nümunə kimi göstərilib. Karstens yazısında Almaniya silahlı qüvvələrinin yaxşı vəziyyətdə olmadığını vurğulayıb: “Pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemindən heç danışmağa dəyməz”.

Karstens Qarabağda yaşananlardan da bəhs edib. O, Azərbaycan ordusunun Türkiyə və İsrail dronları sayəsində böyük uğur qazandığını yazıb: “Azərbaycan silahlı pilotsuz uçuş aparatları ilə Ermənistanın 190-dan çox tankını və zirehli texnikasını sıradan çıxardı. Belə hücuma hazır olmadığına görə Ermənistan ordusu tamamilə nizamı itirdi. Bu xəbərlər Almaniya ordusunda şok effekti vermişdi”.

“Frankfurt Allgemeine Zeitung” son bir ildə dünya hərbi sənayesində baş verən dəyişikliklərə diqqət çəkib. Türkiyə bütün hallarda əsas nümunə kimi fərqləndirilib.

Almaniya silahlı qüvvələri, əslində, həmişə dünyada ən güclülərdən sayılıb. Orduda 180 mindən çox hərbi qulluqçu xidmət edir. Hərbçi qadınların sayı 12 min nəfəri keçib. 2011-ci ildən sonra peşəkar ordu quruculuğu istiqamətində daha qətiyyətli addımlar atılıb. On il əvvələ qədər hərbi xidmət icbari olub. Bundesver adlanan Almaniya silahlı qüvvələri həmin ilin iyulun 1-dən tam peşəkar fəaliyyətə keçdiyini bəyan edib. Amma alman hərbi sənayesi son illər müəyyən durğunluq yaşayır. Tənqidlər də təsadüfi deyil. Almaniya Müdafiə Nazirliyi strategiyanı dəyişmək qərarına gəlib.

Paylaş »
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ter-Petrosyan: “Robert Koçaryanı dövlət maraqlandırmır, o, yalnız Paşinyandan qisas almağa susayıb”
Son xəbərlər
Bütün xəbərlər »