Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağ Ev 2022-ci il üçün büdcə layihəsini təqdim etdi
Ağ Ev 2022-ci il üçün büdcə layihəsini təqdim etdi

Ağ Ev oktyabrın 1-də başlayacaq 2022-ci maliyyə ilinin büdcə layihəsini təqdim edib.

“Report” xəbər verir ki, 1,52 trilyon ABŞ dolları həcmində layihədə qeyri-müdafiə xərclərinə 769 milyard dollar, yəni əvvəlki ilə nisbətən 16 faiz çox, ölkə müdafiə proqramlarına isə əvvəlki ildəkindən 2 faiz çox - 753 milyard ABŞ dolları ayırmaq nəzərdə tutulur.

O cümlədən Ticarət Departamentinə 11,4 milyard dollar (28 faiz artım), Müdafiə Departamentinə (Pentaqon) 715 milyard dollar (1,5 faiz artım), Təhsil Departamentinə 29,8 milyard dollar (41 faiz artım), Enerji Departamentinə 46,1 milyard dollar (10,2 faiz artım), Daxili Təhlükəsizlik Departamentinə əvvəlki ildəki kimi 52 milyard dollar vəsait ayrılacaq.

Son xəbərlər
Bütün xəbərlər »