Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşüb
Ceyhun Bayramov

9 aprel 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb.

Nazir Ceyhun Bayramov cari ilin 31 mart tarixində videokonfrans formatında təşkil olunan qeyri-formal Zirvə görüşünün uğurla keçirildiyini qeyd etdi. Türk Şurasının yüksək səviyyəli toplantısının hər zaman olduğu kimi dostluq, qarşılıqlı anlaşma və dəstək çərçivəsində keçirildiyi vurğulandı.

Baş katib Bağdad Amreyev pandemiya səbəbindən Qazaxıstanın Türküstan şəhərində keçirilməsi planlaşdırılan Zirvə görüşünün videokonfrans formatında keçirildiyini və bu toplantının türkdilli dövlətlər arasında mövcud olan həmrəyliyi bir daha yüksək səviyyədə nümayiş etdirdiyini bildirdi.

Türk Şurasının Bakıda keçirilən informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısına istinad edən Baş katib, bu sahədə üzv ölkələrinin əməkdaşlğının genişləndirilməsinin əhəmiyyətini vurğuladı.

Tərəflər, həmçinin Türk Şurası çərçivəsində müxtəlif sahələrdə həyata keçirilməsi planlaşdırılan tədbirlər, təşkilatın qarşıdan gələn Istanbul Zirvə görüşünə hazırlıq və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar. (Apa.az)

Paylaş »
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
››› Rusiya daha 5 ölkə ilə uçuşları bərpa edəcək
Son xəbərlər
Bütün xəbərlər »