Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusla mübarizədə iştirak edənlərə ödənilən vəsait açıqlandı
Pul - manat - Büdcə

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirusla mübarizə tədbirlərində iştirak edən 13136 nəfər tibb və 2905 nəfər qeyri-tibb işçisinə yanvar ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 18.3 milyon manat müddətli əlavə ödənilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Müddətli əlavələr Bakı şəhəri üzrə 33 və respublikanın digər şəhər və rayonları üzrə 78 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçisinə ödənilib.

Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada hesablanıb:

1.Tibbi profilaktik tədbirləri həyata keçirən 2537 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 2.1 milyon manat ödənilib.

2. Təcili tibbi yardım xidməti göstərən 3383 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 461 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 4.1 milyon manat ödənilib.

3. Pasiyentlərə stasionar tibbi xidmət göstərən 6755 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 10.2 milyon manat ödənilib.

Onu da qeyd edək ki, 2905 nəfər qeyri-tibb işçisinə 3-5 misli məbləğində 1.9 milyon manat müddətli əlavə verilib.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »