Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rüşvət və korrupsiyanın arxasında kimlər durur… - Partiya sədri Baş prokurora müraciət etdi
Rüşvət, korrupsiya

Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycanın Baş prokuroruna araşdırma aparması üçün müraciət ünvanlayıb.  Müraciətdə kənd təsərrüfatı sahəsinin çox böyük rüşvət və korrupsiyanın içərisində olduğu bildirilir.

Partiya sədrinin sözlərinə görə, Gəncədə istehsal olunan Belarus traktorları iş adamlarına 82 500 manata, yəni 49 min dollara verilir. Həmin traktorun bazar qiyməti isə 29 min dollardır. Həmçinin o qeyd edib ki, bazarda bir kisəsi 18-20 manata olan gübrəni, 50 manatdan sənədləşdirirlər.

İqbal Ağazadə Ümid Partiyasının sədri İqbal Ağazadə

İqtisadçı Asif İbrahimov hesab edir ki, bu sahələrin inkişafına mane olan ünsürlər var və onlar aradan qaldırılmalıdır.

“Azərbaycanda bu məsələləri təhlil edəndə hamımız deyirik ki, islahatlar aparaq. Faktiki olaraq özümüz də görürük ki, islahatlar aparılır. Bu ünsürlər birinci növbədə hökumətdə təşkilati struktularda, bir-birini təkrarlayan vəzifələrdə həddindən artıq çoxdur.

Mən hər dəfə bu məsələyə toxnuram. Azərbaycanda aktiv əmək qabiliyyətli əhalinin 55-60 faizi dövlət qurumlarında və yaxud  dövlətdən maliyyələşən təşkilatlarda çalışır. Azərbaycanda çox sayda bir-birini təkrarlayan qurumlar mövcuddur. Bunların hər birinin saxlamasına xərclər çəkilir. Digər tərəfdən isə həmin qurumlar rüsşvət mənbələridir. İlkin olaraq, struktur islahatlar aparılmalıdır. Nə qədər yeniliyə doğru getsək də, islahatlar aparsaq da, bir mənalı olaraq bu məsələni kökündən həll etməsək heç bir müsbət yöndə dəyişiklik olmayacaq.

Digər tərəfdən isə Azərbaycanda inhisar, monopoliya deyilən  bir şey yoxdur. Azərbaycanda sadəcə dempinq var”, -deyə iqtisadçı bildirib.

Leyla Mirzə

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
Son xəbərlər
Bütün xəbərlər »