Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazax polisindən nazirə şikayət olundu
Polis əməliyyatı  -  bandotdel

Qazax rayon sakini İsmayıl Qocayev Daxili İşlər naziri Vilayət Eyvazova açıq məktub yazaraq Qazax Polis rəisinin müavini Şakir Rüstəmovdan şikayətçi olduğunu, həmin şəxsin özbaşınalıqlarına son qoyulmayacağı təqdirdə intihar edəcəyini bəyan edib.

“Hörmətli cənab nazir! Yüzlərlə Qazax rayon sakinlərinin adından, sahibkarların adından, Sizdən xahiş edirik, Qazax Polis rəisinin müavini Şakir Rüstəmovun iş yerini başqa bir rayona dəyişdirəsiniz. Şakir Rüstəmovun sahibkarlara və sıravi vətəndaşlara açıq-aşkar süni maneələr törətməsi naraqzılığı pik həddə çatdırıb. Sahibkarlardan açıq-aşkar haqq tələb olunur. Obyektlərə "daskı" qoyulur. Şakir Rüstəmov heç rayonun İcra Hakimiyyətini də vecinə almır. İstədiyi kimi hərəkət edir. Rayonda söz söhbət gedir ki, Şakir Rüstəmovun heç nədən qorxusu çəkinəcəyi yoxdur. Cənab nazir, bizi Şakir Rüstəmovun əlindən xilas edin. Canımız boğaza yığılıb. Ya intihar etməliyik, yada qan töküb cinayət törətməliyik.

70 nəfərdən imza toplamışıq. İmza toplamağı davam edəcəyik. Qazax gənclərini narkomaniya məhv etdi. Şakir Rüstəmov bu işlərlə məşğul olsun. Hər kəs tanıyır həmin o narkotik satılan qapıları. Əhali müharibədən çıxıb şəhid verib. Belə bir məqamda Şakir bəy ətrafına qoçulardan ibarət bir qrup yaradıb, gündə bir obyekt basır, fırtına yaradır. Şakir Rüstəmova verdiyimiz pullar barəsində əlimizdə video faktlar var.

Şikayətimizə baxılmasa 22 aprel saat 12.00 radələrində Təzə Körpü üzərində Qazax- Gürcüstan maqistralını kəsib etraz aksiyası edəcəyik. Mənim fikrim özümü körpüdən atıb intihar etməkdir”,- deyə şikayətçi bildirb.

Qazax Rayon Polis İdarəsinin rəis müavini Şakir Rüstəmov bizimyol.info-ya açıqlamasında bildirib ki, onun haqqında deyilənlər şər-böhtan xarakterlidir.

“ O deyilənləri yoxlayın görün, o faktlar təsdiqini tapsa, mən vəsiqəmi sizə verim, gedim. O kimdirsə yalandan böhtan atır. Hamısı yalandır şər böhtandır. Siz həmin məlumatları göndərin Daxili İşlər Nazirliyinə araşdırsınlar görək həmin adamlar varmı? “.

Ş. Rüstəmov əlavə edib ki, fakt varsa qarşısında cavab verməyə hazırdır.

“Video və digər nə fakt varsa, olsun hazıram. Biz qanuni işimizi görürürük. Bu da müəyyən adamlara sərf eləmir. Yazılıbsa, gəlsinlər həmin görüntülərlə, hansı obyektə “tas” qoymuşuqsa, sübutuyla gəlib göstərsinlər. Dediyim kimi əgər elə bir fakt təsdiqini tapsa mən vəsiqəmi verim gedərəm”.

Rəis müavini vurğulayıb ki, Daxili İşlər Nazirinin ərizə və şikayətlərin baxılmasına dair 1 nömrəli əmrinə əsasən anonim əriəz və şikaətlər nəzərə alınmır. Şəxsin adı, soyadı, ünvanı, telefon nömrəsi qeyd olunmayıbsa,bu qərəzli –anonim şikayətdir.

“ Bu ərizədən lap yüzünü yazsınlar. Gəlin araşdırın, lap mən olmadan gəlin araşdırın. Mən hər şeyə hazıram. Hər zaman işini düzgün işləyən, qanunla işləyən insanları sevməyən olub. Şiakyəti olan açıq-aşkar şikayət edər”.

Bizimyol.info

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »