Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəbəkəyə onlayn qoşulma: “Azərişıq” obyekti 20 gün ərzində elektrik enerjisi ilə təmin edir
azərişıq

Sahibkar olduğu məkanı tərk etmədən, elektron formada obyektini enerji təchizat şəbəkəsinə qoşa bilər. Abonentin onlayn müraciəti 20 gündən gec olmayaraq reallaşır və obyekti elektrik enerjisi ilə təmin edilir.

Bu sistem digər dövlət qurumları ilə inteqrasiyada olduğundan müraciət edən sahibkar özünə aid məlumatları ümumi bazadan götürə bilər. Reyestr və qeydiyyat nömrələri sistemə daxil edilən kimi dərhal obyektin kordinatları və obyektə ən yaxın Transformator Məntəqəsi avtomatik müəyyənləşir. Bununla da, sahibkar 150 kvt-a qədər tələb olunan gücü müəyyənləşdirərək qoşulma haqqını hesablayır və onlayn qaydada ödəniş edir. Elektron müraciət avtomatik icra olunur və 20 gündən gec olmayaraq sahibkarın obyekti elektrik enerjisi ilə təmin edilir.

Həmçinin Covid-19 pandemiyasının geniş yayıldığı dövrdə “Azərişıq” ASC abonentlərin saglamlığını da düşünərək sahibkarların evdən və ya ofisdən çıxmadan növbəsiz və heç bir təmas olmadan qeyri-yaşayış sahəsinin onlayn qaydada www.azerishiq.az və ya www.e-gov.az saytı üzərindən enerji təchizatı şəbəkəsinə qoşulması üçün müraciətlərini təmin edə bilər.

Bunun üçün video- təlimat da hazırlanıb.

Məqsəd bu sahədə vətəndaşlarmızın marifləndirilməsi və qoşulmanın daha rahat, əlçatan olmasını təmin etməkdir.

Video- təlimat linki: https://www.youtube.com/watch?v=SL0c7hlpj6s&t=10s

https://www.youtube.com/watch?v=tmN8IGPm2pg

https://www.youtube.com/watch?v=eIGrex3AJuk&t=4s

Paylaş »
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ter-Petrosyan: “Robert Koçaryanı dövlət maraqlandırmır, o, yalnız Paşinyandan qisas almağa susayıb”
Son xəbərlər
Bütün xəbərlər »