Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Birinci Qarabağ Müharibəsində itkin və girov düşmüşlər niyə Ermənistandan tələb edilmir…
MN: Ermənistan kəndlərimizi raket və artilleriya atəşinə tutur

Azərbaycan, Rusiya, Ermənistan arasında üçtərəfli bəyanata uyğun olaraq humanitar proseslər davam edir. Döyüş bölgəsində qalmış hər iki tərəfə aid hərbçilərin meyitlərinin ərazilərdən götürülməsi prosesi beynəlxalq vasitəçiliklə həyata keçirilir.

Ermənistan yenə öz xislətinə uyğun olaraq saxta bəyanatlarla tələblər irəli sürür. Müharibə bitdikdən sonra Qarabağda ələ keçirilən və həbs edilən terrorçu qruplaşma üzvlərinin Azərbaycan tərəfindən azad olunmasını tələb edir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə birmənalı olaraq bildirib ki, hərbçilər hərbi əməliyyatlar zamanı tutulmayıb. Məhz bu səbəbdən onlar əsir hesab edilmir. Erməni hərbçilər bununla terrorçu sayılır və əsir adlandırılması yanlışdır. Onlar anti-terror əməliyyatı nəticəsində hərbçilərimiz tərəfindən zərərsizləşdirilib.

Ermənistan terrorçu qruplaşma üzvlərinin belə azad olunmasını istədiyi halda, Azərbaycan Birinci Qarabağ Müharibəsi zamanı əsir və girov düşmüş vətandaşları niyə onlardan tələb etmir?

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov açıqlama verərək bildirib ki, beynəlxalq təşkilatların da qeydiyyata aldığı 3 Azərbaycan vətəndaşı Ermənistanda əsir-girovluqda saxlanılır. Azərbaycan isə haqlı olaraq Ermənistandan həmin vətəndaşlarının azad edilməsini və öz doğma yurdlarına qaytarılmasını tələb edir.

Maraqlı bir sual ortaya çıxır ki, Birinci Qarabağ Müharibəsində əsir və itkin düşənlərin sayı nə qədərdir və onların geri qaytarılması üçün danışıqlar niyə aparılmır? “Birinci Qarabağ müharibəsində itkin düşənlərin əlimizdə siyahısı var. Onlar itkin kimi siyahıya alınıb. Amma onların əsir olması ilə bağlı faktımız yoxdur”.

Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç komitəsi bildirir ki, ermənilərin əlində 3 azərbaycanlı əsir var.

“Onlar əsirləri gizlədə bilər. Lakin bizim əlimizdə fakt olmadığı üçün bunu sübut edə bilmirik. 3 nəfər əsirin olduğunu deyirlər və onların kim olması ilə bağlı bizə məlumat veriblər. Ermənistanın isə bizdə heç bir dənədə olsun əsiri yoxdur. XİN Ceyhun Bayramov da net olaraq söylədi ki, bizdə erməni əsir yoxdur. Terrorçu başqa, hərbi əsir başqa şeydir”.

Leyla Mirzə

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »