Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 10 aprel, 2021
Bürclər

Bizimyol.info qoroskop həvəskarlarına 10 aprel, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Günün ilk yarısı gərgin və sıx olacaq. Bir çoxları üçün əsəblərinə müqavimət göstərmək çətin olacaq. Çox vaxt insanlar istəklərinin reallaşması üçün çox səy, enerji və pul sərf etməli olacaqlar. Əvvəllər qazandığınız təcrübə kömək edə bilər. Səhvlərdən dərs almağa alışanlar bir çox çətinlikləri adlamağı bacaracaqlar.

Günortadan sonra daha sakit, daha əyləncəli və faydalı olacaq. Sevdiklərinizlə ünsiyyət üçün uygundur. Qeyri-rəsmi şəraitdə hər hansı bir görüş yaxşı keçəcək. Həm işgüzar məsələləri, həm də şəxsi işlərinizi müzakirə edə bilərsiniz.

Qoç - Asan olmayacaq, amma siz israrlı olacaqsınız və nə baş versə də, planlaşdırdığınız işlərdən əl çəkməyəcəksiniz. Son həftələrdə çox enerji sərf olunan bir işdə uğur qazanmaq mümkündür. Bəzən yeni problemləri həll etmək çətin ola bilər, amma burada da bütün çətinliklərin öhdəsindən gələcəksiniz. Zəkanız kömək edir: hədəfə başqalarının bilmədiyi yolları tapa bilirsiniz.

Axşam saatlarında hədddən artıq yüklənmədən və stressli vəziyyətlərdən çəkinmək daha yaxşıdır. İstirahət və mənzərə dəyişikliyi sizə zərər verməz. Sevdikləriniz sizinlə vaxt keçirməkdən xoşbəxt olacaq və bəlkə də maraqlı bir ideya təklif edəcəklər.

Buğa - Uğurlu gündür, asan və maraqlı olacaq. Üzərinizə götürdüyünüz hər işdə yaxşı nəticə ortaya qoyacaqsınız, başqalarını dalana dirəndirən suallara düzgün cavablar tapacaqsınız. İş təklifləri və ya uzunmüddətli əməkdaşlıq variantları istisna deyil. Burada çox düşünmədən razılıqla cavab verə bilərsiniz.

Günün ikinci yarısı xoş təsadüflər və xəbərlərlə sevindirəcək. Gözlənilməz səfərlər, uzun müddət görüşmədiyiniz insanlarla görüşlər mümkündür. Çox mövzularda danışa biləcəksiniz, bu söhbətlər sizi maraqlı düşüncələrə yönəldəcək.

Əkizlər - Yalnız tanış işlər deyil, həm də tamamilə yeni bir iş görmək məcburiyyətində qalacağınız sıx bir gündür. Çox güman ki, iş prosesində hərfi mənada öyrənməyiniz lazım gələcək. Xoşbəxtlikdən vacib olan hər şeyi rahatlıqla yadda saxlayır və mənimsəyirsiniz.

Günün əvvəlində əhval-ruhiyyəniz tez-tez dəyişə bilər, ikinci yarı çox sakit keçəcək. Bu vaxt çox sevinəcəyiniz gözlənilməz ziyarətlər, köhnə tanışlarla görüşlər mümkündür. Bəzi Əkizlər vacib bir məsələdən xəbər tutacaqlar.

Xərçəng – Biznes üçün əla fürsətlər vəd edən bir gündür. Rentabelli sövdələşmələr bağlamaq şansınız olacaq, yeni bir qazanc mənbəyinizin ortaya çıxması mümkündür. Bəzi Xərçənglər çox düşünmədən razılaşacaqları və peşman olmayacaqları təkliflər alacaqlar. Danışıqlar səmərəli olacaq, başqalarını haqlı olduğunuza inandırmaq sizin üçün çətin olmayacaq.

Şəxsi münasibətlərdə müsbət tendensiyaların təsiri də üstünlük təşkil edəcək. Sevdiyiniz insanı mükəmməl başa düşəcəksiniz, hər məsələdə dəstəkləməyə və xoş anlamda təəccübləndirməyə çalışacaqsınız. O da eyni manera ilə cavab verəcək.

Şir - Günün başlanğıcı parlaq, maraqlı və ruhlandırıcı olacaq. Bir çox yeni fikirlər ortaya çıxacaq və onların həyata keçirilməsinə həvəs göstərəcəksiniz. Çətinliklər sizi qorxutmayacaq, yolunuzda qarşınıza çıxan bütün maneələri dəf etmək üçün bir yol tapacaqsınız. Əvvəllər qazandıəğınız təcrübə bir çox məsələlərdə kömək edəcək. Onun sayəsində bürcün nümayəndələri ciddi səhvlərdən yayınacaqlar.

Günün ikinci yarısı bəzi praktik məsələləri həll etmək, işləri qaydasına salmaq, lazımsız şeylərdən qurtulmaq üçün bir şans verəcək. Bu vaxt ev üçün faydalı şeylər seçmək və almaq üçün də əlverişlidir.

Qız - Kiçik məsələlərdən əsəbiləşməyin, bəzi əsəbi anlaşılmazlıqlara, uğursuz təsadüflərə fikir verməyin. Günün əvvəlində emosional fon qeyri-sabit ola bilər, zaman keçdikcə müsbət tendensiyaların təsiri güclənəcək və əhval-ruhiyyəniz yaxşılaşacaq. İrəliləməyinizə mane olan şübhələr keçmişdə qalacaq.

Günortadan sonra dərhal həyata keçirməyə başlayacağınız yaxşı fikirlərlə dolu bir zaman olacaq. Dostlar sizə kömək etməkdən məmnun qalacaqlar. Axşam romantik görüşlər üçün əlverişli vaxtdır. Sevdiyiniz insanla ortaq bir dil tapmaq asan olacaq.

Tərəzi – İşlərlə dolu və yaddaqalan bir gün gözlənilir. Yeni imkanlar təklif edən bir gün yaşayacaqsınız. Bütün fürsətlərə ciddi yanaşın. Biznesdə də həmişəkindən daha çox şanslı olacaqsınız. Gözləmədiyiniz insanlar tərəfindən dəstəklənəcəksiniz. İmproviziyalar və təcrübələr uğurlu olacaq. Öz yolunuzla getsəniz, hədəflərinizə tez bir zamanda çatarsınız.

Ünsiyyət üçün də uğurlu sayıla biləcək bir gündür. Çoxları asanlıqla yola gedəcəksiniz. Əvvəllər yalnız başqalarının çatışmazlıqlarını görən adamlarda da yaxşı bir təəssürat yaratmağı bacaracaqsınız.

Əqrəb - Gün hadisələrlə doludur. Eyni vaxtda müxtəlif işlərə baş vurmalısınız, eyni anda min bir məsələni götür-qoy etməlisiniz. Bunu bacaracaqsınız. Günün əhəmiyyətli bir hissəsini başqalarının problemlərinin həllinə həsr etməyiniz mümkündür. Bunun üçün çox səy lazımdır. Ancaq şikayətlənməyə əsasınız olmayacaq, çünki çalışdığınız istiqamətdə nəticəni tam olaraq alacaqsınız.

Günün ikinci yarısı yeni bir münasibətə start verən maraqlı tanışlıqlar və görüşlərin vaxtıdır. Bir çox Əqrəblər üçün intuisiya yaxın kpməkçiyə çevriləcək.

Oxatan – Biznes üçün yaxşı gün gözlənilir. Yeni perspektivlər açılacaq, yaxşı pul qazanmağın və ya sərfəli sövdələşmələrin yolunu tapmağınız mümkündür. Uğurlu alışlar ola bilər. Pula qeyri-ciddi yanaşmayacaqsınız, israfçılıqdan çəkinəcəksiniz.

Sevdiklərinizlə münasibətlər ahəngdar bir şəkildə formalaşacaq, fikir toqquşmaları gözlənilmir. Günortadan sonra romantik görüşlər üçün ideal zaman gələcək: unudulmaz anlarla dolu olacaq. Öz hisslərinizi başa düşəcəksiniz. Çox şeylər aydın olacaq.

Oğlaq - Günün ilk yarısı çətin ola bilər. Amma xüsusi olaraq narahatlığa əsas yoxdur: tezliklə hər şey düzələcək, bir çox insanlarla ortaq dil tapacaqsınız, əvvəllər tez-tez mübahisə etdiyiniz insanlarla barışıq münasibətləri quracaqsınız. Bu vaxt mənfi emosiyalara sərbəstlik verməyin və özünüzü idarə etmək üçün soqyuqqanlı qalmağa çalışın.

Tezliklə müsbət tendensiyaların təsiri güclənəcək, əhval-ruhiyyəniz yüksələcə və həyat yaxşılaşacaq. Günün ikinci yarısı əvvəllər görmədiyiniz fürsətləri görə biləcəyiniz bir zamandır. Mühüm qərarlar qəbul edilə bilər; səhv etməyəcəksiniz.

Dolça – Perspektivli bir gündür. Əvvəllər sizi çaşdıran bir çox suallara cavab tapacaqsınız. Xoş tanışlıqlar istisna edilmir, bəlkə də dostluq və ya romantik münasibətlərin başlanğıcıdır. Çoxlarında güclü təsir bağışlayacaqsınız, əvvəllər heç kimə qarşı simpatiya hiss etməyən insanlar tərəfindən də bəyəniləcəksiniz.

Mükəmməl işgüzar fikirlər ortaya çıxa bilər. Onları nə vaxt həyata keçirə biləcəyiniz hələ bəlli deyil, ancaq hər şeyi düzgün düşünməyə vaxtınız var. Fikirlərinizi bölüşməyə tələsməyin: çünki indi heç kim onları düzgün qiymətləndirə bilməyəcək.

Balıq - Başqaları ilə asanlıqla dil tapırsınız, çətinliklə tanıdığınız düşüncəsində nə olduğunu tez anlayırsınız. Həyatınızda əvvəllər əhəmiyyətli bir rol oynamış iş və ya dostluq münasibətlərini bərpa etmək üçün bir fürsət olacaq. Həm işgüzar məsələləri, həm də şəxsi işləri müzakirə edə bilərsiniz.

Günün ikinci yarısı maliyyə məsələlərini həll etmək üçün əlverişlidir, sərfəli sövdələşmələr bağlamaq şansı verir. Gündəlik işlər sizi darıxdırmayacaq. İstirahət və yaxınlarınızla xoş ünsiyyət üçün vaxtınız olacaq.

Paylaş »
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› “Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
Son xəbərlər
Bütün xəbərlər »