Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlılar Xankəndində ofis aça bilməz?..
Xankəndi

Bir neçə gün öncə Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyevin öz tvitter hesabında "Tezliklə ofisim Xankəndidən fəaliyyət göstərəcək" yazması Ermənistanı və qondarma qurum nümayəndələrini qıcıqlandırıb.

Tural Gəncəliyev qeyd edib ki, hazırda şəhərdə yeni ofis binası üçün mümkün yerlər nəzərdən keçirilir. “Deputat kimi Xankəndinin bütün sakinlərini təmsil edirəm. Etnik mənşəyindən asılı olmayaraq, hər kəsə yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm!".

Tural Gəncəliyev Tural Gəncəliyev

Azərbaycanlı parlamentarinin humanist, xoşməramlı paylaşımı əcəba ermənilərin niyə xoşuna gəlməyib?

Olmayan Qarabağ Respublikasının saxta xarici işlər naziri David Babayan deputatın bu fikrinə qarşı bildirb ki, Azərbaycan hibrid müharibə aparır. Bu müharibəyə həm də psixoloji təsir elementləri daxildir.

Babayan Gəncəliyevin Xankəndində ofis qurmaq ideyasına sayıqlama kimi baxsa da, bunu rəsmi Bakının psixoloji təsir startegiyası olduğunu qeyd edib.

“Deputatın Xankəndində ofis qurmasını bəzi güclər Ermənistan rəhbərliyinin Azərbaycanla gizli sövdələşməsi kimi qiymətləndirəcəklər. Bu Ermənistan-Rusiya münasibətlərinə balta çalmaq cəhdidir. Çünki Azərbaycana edilən hər güzəşt Ermənistanda Rusiyanın Azərbaycana tərəfkeşliyi , dostluğu kimi qiymətləndirilir. Buna yol vermək olmaz.

Azərbaycanlılar Xankəndində ofis aça bilməzlər. Stepanakert üçün Qarabağın Azərbaycanlı İcması anlayışı yoxdur”,- deyə Babayan bildirb. O, həmçinin Türkiyə ilə əməkdaşlığın da bir ülluziya olduğunu söyləyib.

İlhamə Rəsulova

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »