Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəsmilərin və deputatların gülüş doğuran açıqlamaları: Savadsızlıq, yoxsa məsuliyyətsizlik...
Milli Məclis

Zaman-zaman deputatların, nazirlərin, hömumət nümayəndələrinin mediada elə açıqlamalarına rast gəlirik ki, adam lap mat-məhəttəl qalır. Bəlkə nəsə başa düşərəm deyib dəfələrlə həmin müsahibələri, açıqlamaları oxusaq, dinləsək də, bu da nəticə vermir. Adam düşünür görəsən həmin deputat nə danışdığını bilirmi? Heç olmasa özü təkrar oturub baxdıqda həmin çıxışına görə utanırmı?

Verdikləri həmin müsahibələrdən iki qərara gəlmək olar. Ya həqiqətən bu insanların savadsızlığından irəli gəlir, yaxud da, özlərinə qarşı qara PR aparmaqla gündəmdə qalmaq istəyirlər.

Ağ Partiyanın sədri Tural Abbaslı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, deputatların, nazirlərin, hömumət nümayəndələrinin bu cür çıxışları xalqa qarşı olan sayqısızlıqlarından irəli gəlir.

Tural Abbaslı Tural Abbaslı

“Bizdə normal orta statistik dövlət, siyasi idarəçilik, səhnə olsaydı, deyə bilərdik ki, bu PR xarakterli addımdır və bu vasitə ilə gündəmdə qalmaq, cəmiyyətin diqqətini cəlb edərək səs qazanmaq istəyir. Demokratiyada kim daha çox səs topladısa, o da qalibdir. Səsi də çox tanınan adamlar toplaya bilir. İndiki müasir aləmdə də gülməli, məzəlin danışan adamlar tanınır. Amma Azərbaycanda bu belə deyil. Məlum məsələdir ki, demokratik seçkilər yoxdur. Heç kəs deyə bilməz ki, bunların belə mənasız, məntiqsiz, gülməli çıxışları cəmiyyətin yadında qalmaq və səs toplamağa hesablanıb.

Tural Abbaslının sözlərinə görə, onlar çıxışları ilə iqtidarda təmsil olunduqları komanda rəhbərlərinə xoş gəlməyə çalışırlar.

“Düşünürəm ki, iqtidar düşərgəsində təmsil olunan səlahiyyətli şəxslərin, nazirlərin, nazir müavinlərinin, Operativ Qərargah üzvlərinin belə gülməli, aidiyyatsız fikirləri məsuliyyətsizliklərindən irəli gəlir. Çünki onlar dərk etmək istəmirlər ki, xalqın qarşısında çıxış edirlər və fikir, ifadələri xalq tərəfindən müzakirə olunacaq. Hədəf xalq olmadığı üçün belə məsuliyyətsiz çıxışları, idafələri, hərəkətləri olub deyə düşünürəm. Xalqdan çəkinsəydilər, qorxsaydılar, hörmət etsəydilər, xalqın fikri ilə hesablaşsaydılar təbii ki, çıxış etməmişdən əvvəl hazırlaşar, götür-qoy edər, qeydlər aparardılar. Onlar fikirləşirlər ki, 2-3 cümlə deyəcəyik vəssalam. O da ki, çıxıb elə danışırlar ki, Allah göstərməsin”.

Leyla Mirzə

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »