Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sanitariya-gigiyena qaydalarını pozanlar cərimələniblər
Zibillik

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərində reydlər keçiriblər.

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 6-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə keçirilən tədbir zamanı Nəsimi rayonu ərazisində yerləşən mebel sexinin həyətində sənaye tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə İmişli rayon sakini B.Cəfərov barəsində protokol tərtib edilərək 500 manat məbləğində cərimələnib.

Aprelin 8-də keçirilən reydlər zamanı da Sumqayıt şəhəri və Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazilərində sənaye tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə görə Sumqayıt şəhər sakini A.Məmmədov 500 manat, Gədəbəy rayon sakini T.Kazımov isə 8500 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »