Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanla müharibə yenidən qızışır
Ermənistanla müharibə yenidən qızışır

Aktiv hərbi fazadan sonra diplomatik savaş daha da güclənib. Bu dəfə Rusiya Ermnistanın, Türkiyə Azərbaycanın mövqeyinə daha fəal dəstək verir. Azərbaycan tərəfi Şuşa ətrafında Rusiyaya məxsus “İskəndər-M” raketinin qalıqlarını tapdılar. Bu, bölgədə vəziyyəti xeyli dəyişdi; bu insident Rusiyanın və Ermənistanın beynəlxalq birlik qarşısında çətin vəziyyətə düşməsinə səbəb oldu.

Daha əvvəl Ermənistanın baş naziri 44 günlük müharibə zamanı Rusiya raketlərindən istifadə etdiklərini, ancaq onların partlamadığını demişdi. Sonra sözünü dəyişdi. Ancaq Azərbaycan əvvəl bu haqda məlumatın olmadığı demişdi, sonra “İskəndər” tapıldı. Əslində bəlkə də həmin raketlərin qalıqları daha əvvəl aşkar edilmişdi. Ancaq bu məlumatın açıqlanması müəyyən səbəblərdən açıqlanmamışdı. Səbəb isə ya daha dərin araşdırma üçün vaxt lazım olması, ya da bu kartla Rusiyaya və Ermənistan təsir edib, Xankndindən və başqa ərazilərdən Ermənistan qoşunlarının çıxarılmasına nail olmaq istəyi ola bilərdi.

Robert Koçaryan Robert Koçaryan

Hər halda Rusiya tərəfinin reaksiyası əsəbi idi. Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı bu darmacalda Moskvaya getməsi, Rusiya Prezidentinin onu videokonfrans formatında olsa da, qəbul etməsi Azərbaycana və təbii ki, Türkiyəyə təzyiq kimi düşünülüb. Birinci Qarabağ müharibəsinin “qəhrəmanı”, Azərbaycan ərazilərinin işğalında və separatçılıq hərəkatımda əsas simalardan biri olan Köçəryanın belə ağırlanması həm Bakıya, həm də elə rəsmi İrəvana qarşı addım idi. Köçəryanın “Pozner” verilişinə çıxarılması da bu qəbildən gediş idi. Köçəryan orda deyir ki, Putinin müdaxilısi olmasaydı, atəşkəs əldə edilə bilməzdi və Azərbaycan bütün Qarabağı nəzarətə götürəcəkdi. Bu, Rusiyanı erməni cəmiyyətinin gözündə xilaskar kimi göstərmək cəhdidir. Eyni zamanda Rusiyanın adamının, yəni Köçəryanın siyasi hakimiyyətə qayıtmasının da Ermənistan üçün xilas yolu olduğunu vurğulamaq üçün deyilmiş sözdür. Köçəryan rəy sorğularının Paşinyanın xeyrinə olması haqda dolayı suala da: “Maraqlanmıram” deyə cavab verir. Ermənistan cəmiyyətinə demək istəyir ki, Rusiya onu hakimiyyətə gətirmək istəsə, bir yolunu tapacaq; xalqın rəyi heç bir önəm daşımayacaq. Köçəryan və eləcə də, Sarqsyan tipli siyasətçilərin revanşı baş tutarsa, bunun yeni qaynar müharibəyə səbəb olacağı da istisna deyil. Bu isə Paşinyan və onu dəstəkləyən qüvvələr üçün pis xəbərdir. Bunu Köçəryanın Moskva səyahətindən dərhal sonra Paşinyanı məhkəməyə verməsi də göstırir. Bu arada Köçəryanın səfəri təkcə Paşinyana deyil, həm də Azərbaycan rəhbərliyinə qarşı guya diplomatik (və təbii ki, uğursiz) demarş cəhdi idi. Rusiya “Köçəryan kartı” ilə oynamaqla tərəfləri şantaja əl atır; müharibəni diplomatik fazadan “qaynar” fazaya qaytarmaqla təhdid edir. Ancaq bu realpolitikdən çox blefə oxşayır; Köçəryan elə ən azı öz cəmiyyətinin gözündə çoxdan vurulmuş kartdır.

Nikol Paşinyan və Vladimir Putin

Köçəryanın ardınca Ermənistanın baş naziri Nikol Paşinyan da Rusiyaya getdi. Elə görüşün başlanğıcında Putinin Paşinyanın atasının adını qəsdən yanlış deməsi çox mətləbdən xəbər verdi. Putin Paşinyana: “Səni tanımaq, səninlə işləmək istəmrəm” demiş oldu. Bununla belə Putin Paşinyandan da Azərbaycana təzyiq kartı kimi istifad etmək fürsətini əldən vermədi; Ermənistan baş naziri ilə söhbətdən sonra Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib Paşinyanın “erməni hərbi əsirlərinin qaytarılması” tələbini dövriyyəyə daxil etdi. Ancaq onun əsl məqsədi “İskəndər” qalmaqalını bir an əvvəl yatırtmaqdır. Azərbaycanın isə tələbləri məlumdur: bu, ilk növbədə Ermənistan hərbi birliklərinin Azərbaycan ərazisindən tam çıxarılması, “İskəndər” raketləri ətrafında dəqiq və hərtərəfli araşdırma aparılması və Azərbaycana izahatın verilməsi, bununla yanaşı, təbii ki, Rusiya “sülhməramlı” missiyasının öz mandatı çərçivısundən kənara çıxmamasıdır. Görünən odur ki, bu məsələdə Rusiya ilə fikir ayrılıqları aradan qalxmadı. Və Azərbaycan İrəvandan gələn təyyarəni boş qaytardı. Xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə birgə mətbuat konfransında bu səbəbdən həmin məsələ ilə bağlı açıqlama verdi. Nazir Azərbaycanda erməni əsirlərinin olmadığını, 10 noyabr bəyanatından (atəşkəsdən) sonra - ötən ilin noyabrın 26-da və dekabrında Azərbaycan xüsusi xidmət orqanlarının apardığı antiterror əməliyyatları nəticəsində terrorçuların həbs olunduğunu dedi və bu məsələnin bağlandığını vurğuladı. Azərbaycan “hərbi əsir” məsələsinin olmadığını və bu haqda heç kimlə müzakirə aparılmayacağını bəyan etmiş oldu. Bu, onu göstərir ki, Azərbaycan “İskəndər” insidenti, eləcə də, yuxarıda sadaladığımız başqa haqlı tələbləri ilə bağlı öz əvvəlki mövqeyinidən geri çəkilmədi. Bu da qarşıdakı dönəmdə diplomatik savaşın daha da miqyaslı və sərt xarakter alacağına işarədir. Bu fazada Azərbaycanın uğurları ilk növbədə ölkə içərisində vəziyyətin stabil olmasından və hakimiyyətin prinsipial mövqeyində möhkəm dayanmasından asılı olacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »