Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Başımıza raket atdığı bəs deyil, indi də təyyarə göndərir?!
Rüstəm Muradov

Ermənistan minalanmış ərazilərin xəritəsini vermədiyi halda əsir terrorçuları qaytarmaq cəhdi həmişəki erməni həyasızlığından başqa bir şey deyil.

Dünən Rusiya prezidenti Azərbaycan Prezidentinə zəng edərək, ermeni diversantların azad edilməsini xahiş edib. Bu günə qədər Azərbaycan Ermənistana 70 əsir, Ermənistan isə Azərbaycana 12 əsir qaytarıb. 7 nəfər də 1-ci Qarabağ müharibəsinin əsirlərinin cəsədləri İrəvan Bakıya qaytarıb. Qalanlarından səs-səmir yoxdur. Bununla da əsir məsələsi bağlanıb. Terrorçularla bağlı proses yaşanmamışdan bir qədər əvvəl Azərbaycan XİN İKT nazirlərinin görüşündə bildirib ki, Azərbaycan bütün savaş əsirlərini Ermənistana qaytarıb. Azərbaycan əsirlərin müqabilində bir neçə şərtinin yerinə yetirilməsini tələb edir. Məsələn, Qarabağdakı erməni hərbçilərin çıxarılması, minalanmış ərazilərin xəritəsinin verilməsini, Kəlbəcər yolunun açılmasını və s.

Dünənə qədər ermənilərə roses o qədər rahat və yoluna görünürmüş ki, İrəvandan birbaşa Bakıya uçan təyyarə haqda ilk xəbəri Ermənistan parlamentinin deputatı Srbuhy Grigoryan öz səhifəsində qeyd edir və bildirir ki, artıq təyyarə bir saata İrəvana enəcək. Lakin gedişat fərqli sonuclandı. Paşinyanın mətbuat xidmətinin rəsmi məlumatı əsasında bütün erməni mediası və terrorçuların yaxınları Erebuni aeroportuna yığılıb. TV kanallar canlı yayımlar başlayıb. Təyyarə enib və trapda Rüstəm Muradovdan başqa heç kim görünməyib.

Bu dəmir yumruğun mesajı idi - Hər kəs yerini bilməlidir. Əvvəl xəritələr, sonra İskəndər-M barədə rəsmi açıqlama. Sonra hansısa humanist addım gözlə. Bu “İskəndər M” raketi barədə qalmaqal soyumamış Rusiyanın diqqəti başqa yerə yönləndirmək cəhdi kimi də anlaşıla bilər. Bizim istəyimiz dinc vətəndaşlarımızın ölməməsi və əhalinin tezliklə qayıdışı üçün minalanmış ərazilərin xəritəsinin verilməsi və eyni zamanda, Üçtərəfli Bəyanatın maddələrinin yerinə yetirilməsidir.

Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya rəsmiləri diversantların azad edilməsinə çalışsa da qarşılığında Azərbaycanın tələbləri yerinə yetirilmir.

“Rusiya tərəfinin xahişini nəzərə alıb muzdlu snayperçi, livanlı ermeni qadın Maral Narcanyanı azad etdik. İndi, Kremlin durub əsassız şəkildə qarşılıqsız erməni diversantların azad edilməsinə çalışması həyasızlıqdır. Azərbaycan erməni terrorçularını azad etməməklə prinsipiallığını ortaya qoyur. Və bu davam etməlidir”.

Dünən axşam baş verənlər sübut etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət maraqlarımızı ən yüksək səviyyədə qoruyur və şərtlərimizin qəbul edilməsi onun əsas prioriteti olacaq.

İlhamə Rəsulova

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »