Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın dövlət katibi: “Bayden Rusiyanı məsuliyyətə cəlb etmək istəyir”
Entoni Blinke

ABŞ Dövlət katibi Entoni Blinken Co Baydenin Rusiya lideri Vladimir Putin barədə söylədiklərini siyasi praqmatizm kimi şərh edib.

Bu barədə “Washington Post” nəşri məlumat yayıb.

Qəzetin müxbiri Co Baydenin açıqlamasından sonra Rusiya-ABŞ işbirliyinin mümkünlüyü barədə soruşub.

E. Blinken sözlərinə görə, ABŞ prezidentinin siyasəti məqsədəuyğunluğa əsaslanır.

E.Blinken əlavə edib ki, Co Bayden Rusiyanı düşmənçilik fəaliyyətinə görə məsuliyyətə cəlb etmək istəyir, eyni zamanda ABŞ lideri rəsmi Moskvanı qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığa dəvət edir.

Xatırladaq ki, C. Bayden prezident seçiləndən bir neçə gün sonra verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putini qatil adlandırmışdı.

Dövlət başçısı jurnalist Corc Stefanopulosa müsahibəsində Kremlin ABŞ-dakı prezident seçkilərinə müdaxiləsindən danışıb və Rusiyanın bunun hesabını ödəyəcəyini deyib.(oxu.az)

Paylaş »
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Məşhur romanda yazılanlar dünyada necə reallığa çevrilib...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Gəncədə məktəb direktoru COVID-19-dan dünyasını dəyişib
››› Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatına üç gün vaxt verdi
Son xəbərlər
Bütün xəbərlər »