İkinci Qarabağ müharibəsi zamanı məhv edilmiş daha doqquz erməni hərbçisinin qalıqları tapılıb.
Bizimyol.info xəbər verir ki, "Sputnik Armeniya" məlumat verir ki, yeddi cəsəd Cəbrayılda aşkarlanıb, daha iki meyitin qalıqlarını isə Azərbaycan Talış kəndi istiqamətində aşkarlayaraq qarşı tərəfə təhvil verib.
Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.
Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1539 erməni hərbçisinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.